Könüllülük
Mingəçevir Dövlət Universitetində (MDU) gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını təmin etmək üçün çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.
Buna uyğun olaraq MDU-da “İmtahan könüllüsü”, “Qeydiyyat könüllüsü” və digər könüllülük fəaliyyətləri həyata keçirilir. Tələbə və magistrantlar həmçinin, “ASAN” Xidmət könüllüsü, “BİR” Tələbə Könüllüsü, Mingəçevir şəhər İcra Hakimiyyətinin könüllüsü, Mingəçevir Gənclər Evinin könüllüsü, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü kimi də fəaliyyət göstərirlər. Aktiv könüllülük fəaliyyəti nəticəsində MDU-nun tələbələri Dağlar Babayev, Əlirza Abdullayev və Vüqar İbrahimov “İlin könüllüsü” olaraq seçilib.
Xəbərlər
Mingəçevir Dövlət Universitetində Bakcell şirkətinin nümayəndələrinin iştirakı və MDU Bir Könüllü tələbə təşkilatının dəstəyi ilə tələbələr üçün nəzərdə tutulan layihə üzrə infosessiya təşkil olunub
15 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ölkənin aparıcı mobil rabitə operatorlarından biri olan Bakcell şirkətinin nümayəndələrinin iştirakı
“Bir Könüllü” Təşkilatı MDU-da məlumatlandırma sessiyası keçirib
2022-ci ilin 13 dekabr tarixində “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub.
Mingəçevir Dövlət Universitetində könüllülük fəaliyyətinin inkişafı diqqət mərkəzindədir
2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin (İKA) nümayəndə
MDU tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vurublar
2022-ci ilin fevralın 1-dən martın 31-dək Mingəçevir Şəhər İcra Hakimiyyətində təşkil edilmiş könüllülük fəaliyyətinə Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbəsi