Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi (Şöbə) Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 29 aprel 2024-cü il tarixində qəbul etdiyi 55 nömrəli qərarla yaradılmışdır.

Şöbə, tələbələrin universitet həyatında daha fəal iştirakını təmin etmək, onların akademik və sosial inkişafına dəstək olmaq, eyni zamanda müxtəlif tədbirlərin təşkili və koordinasiyası ilə tələbə cəmiyyətini aktivləşdirmək məqsədilə fəaliyyət göstərir. 

Şöbə, tələbələrin akademik, sosial və mədəni inkişafına töhfə vermək məqsədilə genişmiqyaslı fəaliyyət istiqamətlərini əhatə edir. Bu fəaliyyətlər çərçivəsində tələbələrin universitet həyatına daha yaxından inteqrasiyası, onların intellektual və yaradıcı potensialının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili və ictimai fəallığının artırılması əsas prioritetlərdən biridir. 

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təlimatlarını, MDU-nun nizamnaməsini, universitet rəhbərliyinin qərar və göstərişlərini, eləcə də öz Əsasnaməsini rəhbər tutur. Bu çərçivədə Şöbə MDU-nun strukturuna daxil olan digər qurumlarla, dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də müxtəlif hüquqi və fiziki şəxslərlə sıx əməkdaşlıq edərək fəaliyyətini həyata keçirir. 

Şöbənin vizyonu: Tələbələrin vətənpərvər, vicdanlı və sosial ruhda ölkəmizin inkişafında pay sahibi olmaqlarına töhvə vermək.

Şöbənin missiyası: Tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyərək onların təhsil müddətində müasir tendensiyalara uyğun təcrübə imkanlarını artırmaq üçün körpü olmaq, aktiv və hərtərəfli bir cəmiyyət təcrübəsi qurmağa təşviq etməklə yaradıcı potensiallarını inkişaf etdirmək.

Şöbəyə vizual baxış

Şöbədə görülən işlər

  • Dövlət təşkilatları, özəl təşkilatlar, müəssisələr və şəxsiyyətlərlə əməkdaşlığa dəstək göstərilir;
  • Tələbələrin maraqlarının öyrənilməsi istiqamətində sorğu anketləri keçirilir;
  • Tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılmasına dəstək göstərilir;
  • Sağlamlıq imkanları məhdud tələbələrin cəmiyyətə inteqrasiyası meyarlarını tədris prosesində və digər universitet fəaliyyətlərində nəzərə alınmasına nəzarət edilir;
  • Tələbə ixtisas klublarının yaradılması və inkişafına dəstək göstərilir;
  • Tələbələrin regionda çoxşaxəli könüllülük fəaliyyətlərində aktiv iştirak etməsinə təşviq edilir;
  • Universitetə qəbul olmuş I kurs tələbələri ilə Oriyentasiya günləri və 15 sentyabr-Bilik Günü təşkil olunur;
  • MDU-da fəaliyyət göstərən Tələbə Təşkilatları və onların tərkibində fəaliyyət göstərən tələbə cəmiyyətlərinin (klub, mərkəz və s.) fəaliyyəti dəstəklənir və monitorinqi keçirirlir;
  • Milli və dövlət bayramları qeyd olunur;
  • Regionun mədəni və incəsənət həyatının zənginləşdirilməsinə töhfə məqsədilə universitetin ədəbi-bədii fəaliyyətləri artırılır;
  • Tələbələrə dəstək və məsləhət xidməti göstərilir;
  • Tələblərdə vətənpərvərliyin təşviqi aparılır;
  • Məzun Günləri təşkil olunur;
  • Müxtəlif istiqamətdə tədbirlərin təşkilinə dəstək göstərilir;
  • Təşkilatlarla bağlı sorğuların keçirilir və təhlil olunur.

Əməkdaşlıq

Şöbə müdiri

Əməkdaşlar

Əlaqə

Mingəçevir ş., D.Əliyeva 21, AZ4500

talaba.tadbir@mdu.edu.az

(+994) 50 5097747