Təhsil fakültəsi
Təhsil fakültəsi hazırda Mingəçevir Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültə müxtəlif təhsil səviyyələri və əsasən təhsil ixtisasları üzrə pedaqoji kadr hazırlığı həyata keçirir. Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsi MDU üzrə verilmiş 14.09.2015-ci il tarixli müvafiq əmr əsasında təsis edilmişdir. Fakültə təsis edildiyi gündən 01 kodlaşması ilə “Pedaqoji” fakültə adı altında fəaliyyət göstərmiş, MDU rektorunun 15.02.2022-ci il tarixli, 01-03/61 nömrəli əmri ilə 2021/2022-ci tədris ilinin yaz semestrindən fakültənin adı dəyişdirilərək “Təhsil” fakültəsi adlandırılmışdır. Fakültənin əsas missiyası müasir dövrün və müasir əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verən kadr hazırlığı həyata keçirməkdən ibarətdir.
Fakültə Elmi Şurası haqqında
Fakültə Elmi Şurası fakültənin ali idarəetmə orqanı olub, 15 nəfər üzvdən ibarətdir:
Zeynalov Nizami Dilənçi oğlu
Namazova Flora Kamran qızı
Süleymanova Sevinc Nəriman qızı
Cəfərova Esmira Hilal qızı
Fərəh Cəlil Cabbar qızı
Rəhimova Mehdi Nizami oğlu
Babayev Rövşən Fərrux oğlu
İsmayılova Məlahət Fərrux qızı
Yunusova Günel Kamil qızı
Cabbarova Könül Hidayət qızı
Qədirova Aygün Raqif qızı
Qurbanova Gülnarə Qorxmaz qızı
Babuşov Sabir Nəriman oğlu
Verdiyeva Ülviyyə Məhəmmədəli qızı
Osmanova Qızbəs Polad qızı
Elmi Şura üzvlərindən 8 nəfəri vəzifəsinə görə, 7 nəfəri isə seçkili nümayəndə kimi yer tuturlar.
Fakültənin strukturu
Beləliklə, fakültənin elmi təşkili strukturu 2020/2021-ci tədris ilindən 4 ixtisas kafedrasından ibarət kodlaşdırılmışdır:
01.1 Humanitar fənlər kafedrası
01.2 Riyaziyyat kafedrası
01.3 Xarici dillər kafedrası
01.4 Pedaqogika və psixologiya kafedrası.
Pedaqoji fakültədə təhsilin magistratura və bakalavriat səviyyələri üzrə müvafiq ixtisaslara uyğun kadr hazırlığı həyata keçirilir. Bunlar aşağıdakılardır: magistratura təhsil səviyyəsi üzrə 6 ixtisasda, o cümlədən Pedaqogika (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi), Pedaqogika (Xarici dil müəllimliyi), Pedaqogika (Riyaziyyat müəllimliyi), Pedaqogika (İnformatika müəllimliyi), Pedaqogika (İbtidai sinif müəllimliyi ixtisasları), Pedaqogika (Məktəbəqədər təhsil); bakalavriat təhsil səviyyəsində isə 17 ixtisasda, o cümlədən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat (ingilis dili və ədəbiyyatı) müəllimliyi, Fizika müəllimliyi, İbtidai sinif müəllimliyi, İnformatika müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Texnologiya müəllimliyi, Xarici dil (ingilis) müəllimliyi (Azərbaycan bölməsi), Xarici dil (ingilis) müəllimliyi (rus bölməsi), Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix, Sosial iş üzrə kadr hazırlığı həyata keçirilir. Fakültədə iki İKT laboratoriyası, STEAM mərkəzi, 7 fənn kabineti fəaliyyət göstərir.
Fakültə dekanı
Əməkdaşlar

Flora Namazova
dekan müavini

Sevinc Süleymanova
dekan müavini

Kamela Həsənova
tyutor

Tünzalə Hüseynova
tyutor
Xəbərlər
Mingəçevir Dövlət Universitetində inklüzivliyə dəstək məqsədilə rəsm sərgisi keçirilib
2025-ci ilin 28 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Hər uşaq xüsusidir” adlı rəsm-satış
MDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib
2025-ci il oktyabrın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi Humanitar fənlər kafedrasının nəzdində fəaliyyət göstərən “Ədəbiyyat” dərnəyində Xalq şairi
Mingəçevir Dövlət Universitetində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib
2025-ci il 10 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Uşaq və yeniyetmələrin problemləri daim diqqət
MDU-nun Təhsil fakültəsində Anım Gününə həsr olunmuş “Zəfər tarixi-27 sentyabr” mövzusunda dəyirmi masa keçirilib
2025-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində (MDU) 27 sentyabr "Anım Gününə həsr olunmuş "Zəfər tarixi -





