Mingəçevir Dövlət Universitetinin Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsi MDU-nun rəqəmsal transformasiya sahəsində fəaliyyətinin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi, tənzimlənməsi və bu fəaliyyətə nəzarət edilməsi, MDU-ya aidiyyəti olan layihələrin, o cümlədən startapların təşviqi, onlara müvafiq dəstəyin verilməsi və təşəbbüskarlığın təbliği istiqamətində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur qurumdur.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, MDU-nun nizamnaməsini, bu Əsasnaməni, həmçinin MDU rəhbərliyinin əmr və digər qanuni göstərişlərini rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

MDU-nun rəqəmsallaşma, rəqəmsal transformasiya və layihələrin idarə olunması ilə bağlı strategiyasının hazırlanmasında iştirak etmək;

  • MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin tətbiqi ilə bağlı ehtiyacları müəyyən etmək;
  • MDU-nun strateji inkişaf planına uyğun olaraq rəqəmsallaşma və rəqəmsal transformasiyanın, layihələrin və startapların inkişafı üçün müvafiq tədbirlər həyata keçirmək;
  • MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin hazırlanması, tətbiqi və inteqrasiyası ilə bağlı fəaliyyəti təşkil və koordinasiya etmək;
  • MDU-da rəqəmsal sistemlərin, resursların və xidmətlərin idarə olunması və səmərəli istifadəsi üçün tədbirlər görmək;
  • MDU-da layihə və startap fəaliyyətlərinin təşkilini və əlaqələndirilməsini (koordinasiya edilməsini) təmin etmək;

Şöbə müdiri

Tağıyev Elçin
Nağı oğlu

Əməkdaşlar

Məcidli Cavid

mütəxəssis

Əlaqə

Mingəçevir ş., D.Əliyeva 21, AZ4500

ddpm@mdu.edu.az

(+994) 50 9787688