Mühəndislik fakültəsi
Mühəndislik fakültəsi 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 nömrəli qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı yaradıldıqda filialda “Energetika” fakultəsi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə onun adı dəyişdirilərək “Energetika və mexanika”, 2016-cı il sentyabr ayından fakültə yenidən formalaşıb və Mühəndislik fakültəsi adlandırılıb.
Mühəndislik fakültəsi Mingəçevir Dövlət Universitetinin tədris, elm və inzibati bölməsi olmaqla, öz fəaliyyətini “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Ali Təhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsi, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, Təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 793 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültəsi haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə qurmuşdur.
Müxtəlif vaxtlarda fakültəyə 1991-2000-ci illərdə dosent Aslan Dəmirli, 2000-2002-ci illərdə dosent Rauf Məmmədov, 2002-2015-ci illərdə dosent Qəhrəman Kələşov rəhbərlik edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 24 iyul 2015-ci tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar yenidən təşkil olunan “Energetika və mexanika” fakültəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sabir oğlu Mustafayev rəhbərlik etmişdir. 2020-ci il yanvar ayından fakültəyə texnika üzrə fəlsəfə doktoru, dosent Almaz Əli qızı Əliyeva rəhbərlik edir.
Fakültə Elmi Şurası haqqında
Fakültə Elmi Şurası fakültənin ali idarəetmə orqanı olub, 15 nəfər üzvdən ibarətdir. Azərbaycan Respublikasının təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 794 saylı əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında əsasnamə”yə uyğun olaraq, 8 nəfəri tutduqları vəzifələrinə görə, 7 nəfəri isə gizli səsvermə yolu ilə fakültə Elmi Şurasına daxil edilmişlər.
Elmi Şura üzvləri:
- Əliyeva Almaz Əli qızı (dekan, EŞ sədri)
- b/m Abdurahmanova Asudə Məmmədəli qızı (dekan müavini, EŞ sədrinin müavini)
- Aşurova Ülkər İzzət qızı (Energetika kafedrasının müdiri)
- İsmayılov Mahir Balaca oğlu (Mexanika kafedrasının müdiri)
- Mustafayeva Aidə Mübariz qızı (İnformasiya texnologiyaları kafedrasının müdiri)
- Yusibova Təranə Firqət qızı (Fizika və ekologiya kafedrasının müdiri)
- İsrafilova Elmira Nəriman qızı (İnformasiya texnologiyaları kafedrasının dosenti)
- Mehdiyev Məhyəddin Sadıq oğlu (Fizika və ekologiya kafedrasının dosenti)
- b/m.Süleymanova Liliya Çingiz qızı (Energetika kafedrasının baş müəllimi)
- b/m. Abbasov Ariz Mirəzim oğlu (HT sədri)
- Kərimov Qaragöz Kərim oğlu (fakültə HT sədri)
- Musayev Sabir İmran oğlu (fakültə THT sədri)
- Həsənov Əfqan Natiq oğlu (fakültə TEC sədri)
- Qasımlı Nicat Vüsal oğlu (fakültə TGT sədri)
- Əsədova Məryəm Yahuzar qızı (elmi katib)
Fakültənin strukturu
Fəaliyyət dövrü ərzində fakültənin nəzdində müxtəlif sayda və adda kafedralar olmuş, bu kafedralarda müxtəlif ixtisaslar üzrə ali təhsilli mühəndis kadrları hazırlanmışdır. Hazırda fakültənin tabeliyində aşağıdakı 4 ixtisas kafedrası fəalliyyət göstərir:
- Energetika (kafedra müdiri dos.Ü.İ.Aşurova)
- Mexanika (kafedra müdiri dos.M.B.İsmayılov)
- İnformasiya texnologiyaları (kafedra müdiri t.f.d.A.M.Mustafayeva)
- Fizika və ekologiya (kafedra müdiri dos.T.F.Yusifova)
Cari tədris ilində fakültədə yeni standartlara uygun olaraq (2020-ci il)- I kurslar üzrə aşağıdakı 4 ixtisas üzrə əyani, 2 ixtisas üzrə isə həm əyani, həm də qiyabi təhsil formasında bakalavr dərəcəli mütəxəssis (kadr) hazırlığı işi həyata keçirilmişdir:
- 050504 – Ekologiya (əyani)
- 050606 – Ekologiya mühəndisliyi (əyani)
- 050608 – Energetika mühəndisliyi (əyani, qiyabi)
- 050616 – İnformasiya texnologiyaları (əyani)
- 050632 – Nəqliyyat mühəndisliyi (əyani, qiyabi)
- 050638 – Sənaye mühəndisliyi (əyani)
II-IV kurslar üzrə isə 6 ixtisas üzrə əyani, 1 ixtisas üzrə isə həm əyani, həm də qiyabi təhsil formasında bakalavr dərəcəli mütəxəssis (kadr) hazırlığı işi həyata keçirilmişdir:
- 050608 – Elektroenergetika mühəndisliyi (əyani)
- 050609 – İstilik energetikası mühəndisliyi (əyani və qiyabi)
- 050622 – Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (əyani)
- 050643 – Çoxişlənən malların texnologiyası mühəndisliyi (əyani)
- 050655 – İnformasiya texnologiyaları (əyani)
- 050649 – Ekologiya mühəndisliyi (əyani)
- 050510 – Ekologiya (əyani)
2020/2021-ci tədris ilində fakültədə aşağıdakı 5 ixtisas üzrə magistr dərəcəli mütəxəssis (kadr) hazırlığı işi də həyata keçirilmişdir:
- 060608 – Elektroenergetika mühəndisliyi (ixtisaslaşma – Elektroenergetika)(ak.məz.)
- 060609 – İstilik energetikası mühəndisliyi (ixtisaslaşma – İstilik elektrik stansiyaları)
- 060622 – Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (ixtisaslaşma – Yol hərəkətinin təşkili və təhlükəsizliyi)
- 060632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (ixtisaslaşma – İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri)
- 060649 – Ekologiya mühəndisliyi (ixtisaslaşma – Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istafadə olunması)
Fakültədə aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:
- Fizika laboratoriyası
- Kimya laboratoriyası
- Mühəndis qrafikası laboratoriyası
- Avtomobillərin konstruksiyası
- İnformasiya texnologiyaları – 1
- İnformasiya texnologiyaları – 2
MDU-da İnformasiya texnologiyaları kafedrasında İnformasiya texnologiyaları ixtisası, eləcədə digər ixtisaslar kompüter texnologiyaları ilə sıx əlaqəlidir. Həmin ixtisaslarda müxtəlif laboratoriya işlərinin müasir texnika ilə yerinə yetirilməsi üçün kafedranın müəllim və laborantlarının kifayət qədər bacarıq və bilikləri var. Yenilənən kompüterlərə vacib proqramların, o cümlədən, Matlab proqramı (Sistemli analiz və kompüterdə modelləşdirmə, İnformatika-2, Matlab-dan istifadə etməklə tətbiqi məsələlərin həlli, Hesablama təcrübələri), Python proqramı (Proqramlaşdırma dilləri, Mühəndislər üçün proqramlaşdırma), C++ proqramı (Proqramlaşdırımanın əsasları, Obyekt-yönlü proqramlaşdırma) SQL proqramı (Verilənlər bazasının əsasları), Microsoft Office (İKT-baza kompüter bilikıəri) yüklənməsi üçün geniş imkan mövcuddur.
Laboratoriya otaqları sərbəst iş, laboratoriya, kurs işi və dissertasiya işləri üzrə tədris tədqiqatların aparılması üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə universitetdə 6 laboratoriya fəaliyyət göstərir.
- İnformasiya texnologiyaları – Laboratoriya otağı 313 (8 kompüter, 1 elektron lövhə)
- İnformasiya texnologiyaları – Laboratoriya otağı 311 (6 kompüter, 1 elektron lövhə)
- İnformasiya texnologiyaları– Laboratoriya otağı 302 (8 kompüter, 1 elektron lövhə)
- İnformasiya texnologiyaları– İTM ( 16 kompüter, 1 elektron lövhə)
- İnformatika – Laboratoriya otağı 207 (8 kompüter )
- İnformatika – Laboratoriya otağı 211 (8 kompüter, 1 elektron lövhə)
Fakültə dekanı
Əməkdaşlar

Asudə Abdurrahmanova
dekan müavini

Sevinc Məmmədova
tyutor

Lətafət Yolçuyeva
tyutor

İradə İsmayılova
tyutor
Xəbərlər
MDU-da elmi-praktik seminar: Su ehtiyatlarının davamlı idarə olunması
25 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə "Su ehtiyatlarının davamlı idarə olunması"
MDU-nun Mühəndislik fakültəsində Anım Günü münasibətilə dəyirmi masa təşkil edilib
2025-ci il 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Anım Günü”nə
Mingəçevir Dövlət Universitetində “Rektorun fəxri təqaüdü” təsis olunub
Mingəçevir Dövlət Universitetində tələbələrin uğurlarını təşviq etmək və sosial dəstək mexanizmlərini gücləndirmək məqsədilə mühüm addım atılıb. MDU-nun Elmi Şurasının 2025-ci
MDU-da Qəzənfər Əliyevin elmi və ictimai fəaliyyətinə həsr olunmuş yubiley tədbiri keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsində uzun illər müəllim və Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışmış Qəzənfər Əliyevin


