“Mexanika” kafedrası 1991-ci ildə   Azərbaycan Sənaye Universiteti Mingəçevir filialının direktorunun əmri ilə “Mühəndis qrafikası və layihələndirmə” adı ilə fəaliyyətə başlamışdır.

Kafedra bu təhsil ocağının fəaliyyət göstərdiyi Azərbaycan Sənaye Universiteti Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə zaman-zaman dəyişərək bu gündə Mingəçevir Dövlət Universiteti olaraq gənc mütəxəssisləri yetişdirməkdədir. Kafedra “Mühəndis qrafikası və layihələndirmə”, “Elekromexanika”, “Ümumtexniki fənlər”, “Maşınqayırma və ümumitexniki fənlər”, “Nəqliyyat və istehsalt texnikası”, “Nəqliyyat və idman”, “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” kafedraları adı ilə fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Nəqliyyat və maşın mühəndisliyi” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini davam etmiş və “Mexanika” kafedrası adlandırılmışdır.

Kafedrada 2016-2020-ci illər üçün bir istiqamət üzrə “Konstruksiyaların texniki səviyyəsinin tədqiqi və yüksəldilməsi problemləri” elmi-tədqiqat işi probleminin araşdırılmış, 2021-2025-ci illər üzrə isə iki problem üzrə “Konstruksiyaların texniki səviyyəsinin yüksəldilməsi və şəhər nəqliyyatında avtomobil daşımalarının və yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi” elmi-tədqiqat işinin araşdırılması planlaşdırılmışdır.

Kafedranın nəzdində bakalavr və magistr səviyyələrində aşağıdakı  ixtisaslar üzrə mütəxəssis hazırlanır:

  1. 050614-  Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  2. 050638 – Sənaye mühəndisliyi
  3. 050632 – Nəqliyyat mühəndisliyi
  4. 060622 – Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Magistratura səviyyəsində  060622-“Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlanır.

Bakalavriat səviyyəsinin, 050614-“Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” , 050632-“Nəqliyyat  mühəndisliyi” , 050638- “Sənaye mühəndisliyi” ixtisasları üzrə Təhsil Proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na, Azərbaycan respublikası Təhsil nazirliyinin 13 avqust 2020-ci il tarixli, F-370 nömrəli əmri ilə təsdiq edilmiş “Bakalavriat səviyyəsinin (əsas (baza) ali tibb təhsilinin) ixtisas üzrə Təhsil Proqramının tələblərinə  uyğun hazırlanmışdır. Kafedranın ixtisaslarının bütün fənləri üzrə dərsliklər, dərs vəsaitləri, laboratoriya işləri və layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişlər vardır. Lazımı hallarda kafedrada olan ədəbiyyatlar, eləcə də müəllimlərin şəxsi kitabxana fondunun ədəbiyyatları da tələbələrin sərəncamına verilir. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir. İxtisas fənləri və ümumtexniki fənlər üzrə 25 ədəd fənn proqramına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrifi verilmişdir. Son 6 ildə kafedrada 6 dərs vəsaiti hazırlanmışdır.

050632-“Nəqliyyat mühəndisliyi”, 050638-“Sənaye mühəndisliyi”, 050614-“Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə xarakreristika aşağıdakıları özündə birləşdirir:

– bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

– mülkiyyət formasından və tabeleyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

– mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində çalışa bilməlidir.

  • Insanların həyatını qorumaq və təhlükəsizliyini təmin etmək kimi mühüm bir məqsəd daşıyan sahədə çalışmaq imkanı əldə etmək
  • müasir təhlükəsizlik texnologiyaları, risk idarəetməsi, fövqəladə hallara hazırlıq və təhlükəsizlik standartları mövzuları üzrə təhsil alır

Kafedrada bakalavr səviyyəsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr təhsil səviyyəsi 060622-“Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas fəaliyyət göstərir.

İxtisaslar haqqında

İxtisaslar haqqında 

Kafedranın nəzdində bakalavr səviyyəsində aşağıdakı ixtisaslar üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlanır:
1.050638 Sənaye mühəndisliyi
2.050632 Nəqliyyat mühəndisliyi
3.050614 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Magistratura səviyyəsində isə 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlanır.

Bakalavriat səviyyəsinin, 050614 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə Təhsil Proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. Kafedranın ixtisaslarının bütün fənləri üzrə dərsliklər, dərs vəsaitləri, laboratoriya işləri və layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişlər vardır. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir. İxtisas fənləri və ümumtexniki fənlər üzrə 25 ədəd fənn proqramına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qrifi verilmişdir.

050632-“Nəqliyyat mühəndisliyi”, 050638-“Sənaye mühəndisliyi”, 050614-“Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə xarakreristika aşağıdakıları özündə birləşdirir:

– bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

– mülkiyyət formasından və tabeleyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

– mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində çalışa bilməlidir.

  • Insanların həyatını qorumaq və təhlükəsizliyini təmin etmək kimi mühüm bir məqsəd daşıyan sahədə çalışmaq imkanı əldə etmək
  • müasir təhlükəsizlik texnologiyaları, risk idarəetməsi, fövqəladə hallara hazırlıq və təhlükəsizlik standartları mövzuları üzrə təhsil alır

Kafedrada bakalavr pilləsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr təhsil pilləsində 060622-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas da fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na əsasən (15 sentyabr 2019 tarixdən qüvvədə olan) Mingəçevir Dövlət Universitetində I ixtisas qrupuna aid olan (6.Texniki və texnoloji ixtisaslar qrupu-cəmi 40 ixtisas) “Mexanika” kafedrasında kadr hazırlığı aparılan  ixtisaslar barədə məlumat:

Azərbaycan Respublikası Təhsil Nazirliyi F-370 nömrəli 13.08.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş bakalavriar səviyyəsininin ixtisas üzrə təhsil proqramına əsasən;

İxtisasın (proqramın) şifri və adı: 050632 – Nəqliyyat  mühəndisliyi

Mühəndislik ixtisasları üzrə Təhsil Proqramları, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa”, Azərbaycan respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, “bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na əsasən kadr hazırlığı aparılır. Bu ixtisaslar üzrə xarakteristika aşağıdakıları özündə birləşdirir:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisas üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazır olmalıdır,
  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir,
  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində çalışa bilməlidir.

050632 – “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssis peşə fəaliyyətinə uyğun olaraq məzunlar yerüstü nəqliyyat vasitələrinin və dəmiryol nəqliyyat vasitələrinin və dəmiryol nəqliyyatı hərəkət vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin, idarəetmə sistemləri və cihazlarının tədqiqi, layihələndirilməsi, istehsalı, istismarı, servisi və təmiri müəssisələrində, yerüstü nəqliyyat və dəmir yolunun infrastruktur və idarəetmə şəbəkəsində, nəqliyyatla əlaqədar qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi proseslərini həyata keçirən təşkilatlarda, şəhər nəqliyyat və dəmir yol nəqliyyatının planlaşdırılmasını, yol hərəkətinin təşkilini, nizamlanmasını və idarə edilməsini həyata keçirən, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edən, avtotexniki ekspertizasını aparan, şəhər sərnişin daşımalarının hərəkət təhlükəsizliyini təmin edən müəssisə və təşkilatlarda və qeyd edilən sahələri əhatə edən tədris müəssisələrində işləyə bilərlər.

  • Nəqliyyat sektorunda “layihə-konstruktor”, “İstehsal-texnoloji” və “Təşkilati-inzibatçılıq” səhələrində də işləyə bilərlər. Bunlara yerüstü nəqliyyat vasitələrinin, nəqliyyat-texnoloji komplekslər və avadanlıqlar və onların təmiri, modernizasiyası və modifikasiya edilməsi, nəqliyyat vasitələrinin istehsalı, nəqliyyat vasitələrinin infrastrukturu üzrə texniki və texnoloji sənədlərin işlənməsi, yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunması, texniki servisin yerinə yetirilməsi və s. aiddir.

İxtisasın (proqramın) şifri və adı: 050638 – “Sənaye mühəndisliyi” ixtisası üzrə hazırlanan mütəxəssis peşə fəaliyyətinə uyğun olaraq;

  • Sənaye mühəndislərinin işləyə biləcəyi sektorlar:
  • Avtomobil, Tekstil, İstehsalat, İT, Maliyyə,Konsaltinq, Elektrik, Elektronika, Mədən və metal sənayesi, Telekommunikasiya, Tikinti, Qida, Kimya, Xidmət, Təhsil, Loqistika, Nqliyyat, Turizm, Səhiyyə, Enerji və s. Sənaye Mühəndislərinin işləyə biləcəyi sahələr arasındadır.
  • Sənaye mühəndislərinin işləyə biləcəyi bölmələr:
  • İstehsal planlaşdırma, logistika, keyfiyyət menecmenti, marketinq və satış, satınalma, insan resursları, məhsul və prosesin inkişafı, maliyyə planlaşdırma, tədqiqat və inkişaf, akademik karyera, innovasiya tətbiqləri, məlumatların idarə olunması və s. sahələr Sənaye Mühəndislərinin işləyə biləcəyi sahələr arasındadır.

Sənaye sektorunda tekstil müəssisələrində, maşın, qurğu və avadanlıqların istismarında, yarımfabrikat istehsalında, yüngül sənaye məhsullarının xammal tədarük müəssisələrində, çeşidlənmə və istehsal işlərinin planlanması və standartlaşdırılması və s. işlərdə fəaliyyət göstərə bilərlər. Sənaye mühəndisliyi ixtisasın kadr təminatının yaradılmasında məqsəd  əsasən Mingəçevir Dövlət Universitetinin yerləşdiyi regionun ən böyük müəssisələrindən biri olan “Mingəçevir Tekstil” MMC-nin ixtisaslı kadrlarla təmin olunmasıdır. Sənaye  mühəndisliyi ixtisası XX əsrin əvvəllərində universitetlər tərəfindən tədris olunmağa başlanılmışdır. ABŞ-da bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni istiqamətli ixtisas tədris olunmağa başlayır. Bu ixtisas ilk vaxtlarda “İqtisadiyyat və texnika” adlanırdı və elə də yaxşı qarşılanmırdı. 60-cı illərin sonuna qədər bu ixtisası çox az universitetlər tədris edirdi. Daha sonra adı Sənaye mühəndisliyi olaraq dəyişdirilir. Bu gün isə çox geniş yayılmışdır. Azərbaycanda ixtisas bir o qədər tanınmasa da, çox maraqlı və dəyərli ixtisasdır. Karyera perspektivliyi baxımından ABŞ-da 3-cü yerdədir.

Qeyd: Sənaye mühəndisliyi və davamlı inkişafın idarə edilməsi eyni ixtisasdır. Aralarındakı fərq Sənaye mühəndisliyi ixtisasına 1-ci qrup, davamlı inkişafın idarə olunmasına isə 2-ci qrup imtahanı ilə daxil olmaq olur. Bundan başqa 1-ci qrupda ixtisas üzrə texniki fənlərə üstünlük verilir, 2-ci qrupda isə daha çox iqtisadi fənlərə üstünlük verilir.

Ixtisasın qısa təsviri:Sənaye mühəndisliyi insan,avadanlıq, bilik, inteqrasiya, enerji, material, zaman və proses kimi qaynaqların ən yüksək səviyyədə istifadə olunması və sənaye işlərində keyfiyyətin artırılması ilə məşğul olan mühəndisliyin bir sahəsidir. Sənaye mühəndisliyi riyazi, fiziki, sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi yeni istehsalın yaradılması və daha da inkişaf etdirilməsi və ya mövcud istehsalın yenidən qurulması və modernləşdirilməsinə yönəldilmiş xidmətlər kompleksidir. Mühəndislik bu prosesin yalnız texniki tərəfini deyil, həm də bir müəssisənin xüsusiyyətlərini nəzərə alaraq tam hüquqlu strateji planlaşdırmanı nəzərdə tutur. Sənaye mühəndisliyi müəssisənin rifahına nail olmaq üçün ən müasir və effektiv yolların məcmusu hesab edilir

İxtisasın (proqramın) şifri və adı: 050614 – Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

 

  “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” 2023-2024-cü tədris ilindən qəbul aparılan ixtisası üzrə hazırlanan mütəxəssis peşə fəaliyyətinə uyğun olaraq;

  • ixtisas üzrə işləyə biləcəyi sektorlar:
  • Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Regional Mərkəzlər, Dövlət Yangınsöndürmə Xidməti, Sənaye müəssislərində, Fabrik və Zavodlarda SƏTƏM xidməti, Avtomobil, Tekstil, İstehsalat, Elektrik, Elektronika, Mədən və metal sənayesi, Tikinti, Kimya, Səhiyyə, Təhsil, Loqistika, Nəqliyyat, Enerji sektorunda SƏTƏM mütəxəssisi və s. Həyat Fəaliyyətinin Təhlükəsizliyi mühəndisliyi ixtisasını bitirən məzunların işləyə biləcəyi sahələr arasındadır.
  • Həyat Fəaliyyətinin Təhlükəsizliyi mühəndisliyi ixtisasını bitirən məzunların işləyə biləcəyi bölmələr:
  • Həyat Fəaliyyətinin Təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə mütəxəssislər insanların həyatını qorumaq və təhlükəsizliyini təmin etmək kimi mühüm bir məqsəd daşıyan sahədə çalışmaq imkanı əldə edirlər. Bu həm şəxsi, həm də ictimai baxımdan əhəmiyyətli bir peşədir.

Həyat Fəaliyyətinin Təhlükəsizliyi mühəndisliyi ixtisası çərçivəsində abuturiyentlər müasir təhlükəsizlik texnologiyaları, risk idarəetməsi, fövqəladə hallara hazırlıq və təhlükəsizlik standartları kimi mövzular üzrə təhsil alırlar. Bu onları əmək bazarında rəqabətədavamlı edir.

Kafedra müdiri

Əməkdaşlar

Tədris olunan fənlər

Bakalavriat səviyyəsi üzrə

1 Tərsimi həndəsə və mühəndis qrafikası
2 Mühəndis qrafikası
3 Nəzəri mexanika
4 Tədbiqi mexanika
5 Texniki mexanika
6 Maşın və mexanizmlər nəzəriyyəsi
7 Materiallar müqaviməti
8 Maşın hissələri və konstruksiyaetmənin əsasları
9 Dəmir yolunun konstruksiyası və hesabı
10 Materialşünaslıq
11 Həyat fəaliyyətinin təhlükəsizliyi
12 Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyi
13 Qəza xilasetmə texnikası
14 Dəmiryol nəqliyyatının hərəkət vasitələrinin elektrik avadanlıqları və enerji qurğuları
15 Yükqaldıran maşın və qurğular
16 Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma
17 Avtomobil yolları
18 Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri
19 Avtomobil nəqliyyatının istismarı
20 Əməyin mühafizəsi və texniki təhlükəsizlik
21 Alternativ enerjidən istifadə
22 Mülki müdafiə
23 İxtisasa giriş
24 Mühəndis mexanikası
25 Yanma və partlayış nəzəriyyəsi
26 Fövqəladə halların təhlükəli amilləri
27 Risklərin təhlili və idarə edilməsi
28 Sənaye təhlükəsizliyi
29 Mühəndis və kompüter qrafikası
30 Mühəndis-kompüter qrafikası
31 Yüngül sənaye maşın və avadanlıqları
32 İş analizi və qiymətləndirilməsi
33 Maşınqayırma sənayesi istehsalının əsasları
34 Гражданская оборона и начальная медициниская помощь
35 Avtomatlaşdırma texnologiyası
36 Dəmir yolları
37 Dəmiryol nəqliyyatının hərəkət vasitələri
38 Turizmdə nəqliyyat
39 Kompüter qrafikası
40 Mülki müdafiə və ilkin tibbi yardım
41 Avtomobil nəqliyyat vasitələrinin konstruksiyası
42 Müəssisələrin layihələndirilməsi
43 İstehsal proseslərinin texnoloji əsasları
44 Keyfiyətin idarə edilməsi və nəzarət
45 Nəqliyyatda hərəkətin təhlükəsizliyi
46 Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM)
47 Sənaye maşınlarının istehsal texnologiyaları
21 Sənaye qurğularının layihələndirilməsi
49 Avtomobil nəzəriyyəsi
50 Nəqliyyat mühərrikləri
51 Erqonomika və texniki dizayn
52 Fövqəladə halların monitorinqi və proqnozu
53 Materialşünaslıq və materiallar texnologiyası
54 Mexatronika
55 Yol hərəkətinin təşkili
56 Avtomobillərin elektik və elektron avadanlığı

Magistratura səviyyəsi üzrə

1 Avtomobil nəqliyyatının tarixi və metodologiyası
2 Yol hərəkətinin təşkilinin əsas istiqamətləri
3 Şəhərin nəqliyyat planlaşdırılması
4 Avtomobil nəqliyyatının müasir problemləri
5 Yol şəraitləri və yol hərəkətinin təhlükəsizliyi
6 Avtomobil konstruksiyalarının təhlükəsizliy
7 Nəqliyyat axınları nəzəriyyəsi
8 Nəqliyyatda informasiya texnologiyaları
9 Yol hərəkətinin nizamlanması üsulları və alqoritmlər
10 Yol nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertiza
11 Təkərli maşınların hərəkət nəzəriyyəsi

Konfranslar, seminarlar, dəyirmi masalar

Layihələr

Xəbərlər

MDU tələbələri “Energetika həftəsi” çərçivəsində Azərbaycan İES MMC-də olublar

MDU tələbələri “Energetika həftəsi” çərçivəsində Azərbaycan İES MMC-də olublar

2025-ci ilin 13 oktyabr tarixində “Energetika həftəsi” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisasılarında

Mingəçevir Dövlət Universitetinin əməkdaşları təbliğat və təşviqat işləri ilə bağlı Zərdab rayonunda abituriyentlərlə görüş keçiriblər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları təbliğat və təşviqat işləri ilə bağlı Zərdab rayonunda abituriyentlərlə görüş keçiriblər

13 mart 2025-ci il tarixdə Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 03 fevral 2025-ci

Mingəçevir Dövlət Universitetinin tələbələri Yevlaxda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Regional Şöbəsində səfərdə olublar

Mingəçevir Dövlət Universitetinin tələbələri Yevlaxda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Regional Şöbəsində səfərdə olublar

17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, 050632-Nəqliyyat mühəndisliyi ixtisası

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının Yüngül Sənaye Müəssisəsi ilə əməkdaşlıq görüşü keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının Yüngül Sənaye Müəssisəsi ilə əməkdaşlıq görüşü keçirilib

13 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, 050638-Sənaye mühəndisliyi ixtisası

Elmi nəşrlər

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

  1. Məmmədov R.K., Məmmədov H.S., Gümayev M.H. Fasiləsiz nəqliyyat maşınları. Dərslik. Bakı, 1997, s.584.
  2. Abdullayev A.H., Gümayev M.H., Məmmədov H.S. Tətbiqi mexanika. Dərslik. Bakı, 2013, s.691.
  3. Məmmədov R.K., Gümayev M.H. Mexaniki ötürmələr. Bakı, 1996, s.96.
  4. Məmmədova O.İ. Mühəndis qrafikası. Bakı, 2000, s.170.
  5. İbrahimov N.Y., Mustafayev R.P. Maşın hissələrinin texnologiyası və avadanlıqları” I hissə, Bakı, 2002, s.197.
  6. Abdullayev A.H., Məmmədov R.K., Gümayev M.H. Maşın detalları və konstruksiyaetmənin əsasları. 2002, 2003, s.461.
  7. Heydərov Ş.Ə. Turizmdə nəqliyyat xidmətlərinin təşkili. Bakı, 2011, s.148.
  8. Əliyev Q.Ə., Məsiyev H.Ə. Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı, 2004, s.94.
  9. Ahəngari Ə.S. Avtomobillərin nəzəriyyəsi. Mingəçevir, 2008. s.295.
  10. Mustafayev V.S. Maşınların etibarlılığının əsasları. Mingəçevir, 2014. s.154.
  11. İsmayılovun M.B. “İstilik elektrik stansiyalarının buxar və qaz turbinləri” Dərs vəsaiti. Mingəçevir, 2014. səh. 100.
  12. İsmayılovun M.B. “Qazodinamika” Dərs vəsaiti. Mingəçevir, 2018. səh. 114.
  13. Gümayev M.H., Məmmədov H.S. T29.01 Maşın istehsalının texnologiyası ixtisası üzrə təcrübələrin proqramı və onların seçilməsinə dair metodik göstərişlər, 1997.
  14. Məmmədova O.İ. T100000 Yerüstü nəqliyyat maşınları və nəqliyyatın istismarı,  T040000 İstilik energetikası, maşın və qurğuları istiqamətlərində. Tərsimi həndəsə, mühəndis və maşın qrafikası fənninin Maşın qrafikası hissəsi üzrə laboratoriya işləri və onların yerinə yetirilməsi üzrə metodik göstəriş. 2008.
  15. Mustafayev V.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2008.
  16. Məmmədov H.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2010.
  17. Mustafayev V.S. Maşınqayırma məmulatlarının keyfiyyəti. Metodik vəsait. 2011.
  18. Gümayev M.H., Məmmədov O.M. 050612 Maşın mühəndisliyi ixtisası üzrə bakalvr təhsil pilləsində təhsil alan tələbələrin təcrübə keçmələri üçün Proqram və metodik göstəriş 2011.
  19. Ismayılov M.B, Aşurova Ü.İ., Eyyubova K.S., İstilik texnikası və hidravlika, Dərs vəsaiti, 2022
  20. Mustafayev V.S., Struktur qrupların kinematik analizi, metodik vəsait, 2022
  21. Qəhrəmanov S.Ə, Mustafayev V.S, Avtomatlaşdırmanın əsasları, Dərs vəsaiti, 2018
  22. Qəhrəmanov S.Ə., Nəqliyyatda informasiya texnologiyaları, Dərs vəsaiti, 2021
  23. İsmayılov M.B., İxtisasa giriş, Dərs vəsaiti, 2024
  24. Məmmədova O.İ., Tərsimi həndəsə və mühəndis qrafikası, Dərs vəsaiti, 2022

Əlaqə