Magistratura və doktorantura təhsil mərkəzi
2016-cı ildə Mingəçevir Dövlət Universitetində yeni struktur – Magistratura sektoru fəaliyyətə başlamışdır. 2016/2017-ci tədris ilindən universitetdə magistratura təhsil səviyyəsinə qəbul 12 ixtisas üzrə başlanmışdır.
- 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
- 060103 Xarici dil müəllimliyi (dillər üzrə);
- 060105 Riyaziyyat müəllimliyi;
- 060113 İnformatika müəllimliyi;
- 060115 İbtidai sinif müəllimliyi;
- 060404 İqtisadiyyat;
- 060405 Sənayenin təşkili və idarə edilməsi;
- 060608 Elektroenergetika mühəndisliyi;
- 060609 İstilik energetikası mühəndisliyi;
- 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi;
- 060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
- 060649 Ekologiya mühəndisliyi.
İdarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərarqəbuletmə və icra prosesində çevikliyin artırılması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadəyə şərait yaradılması məqsədilə 2019-cu ildə MDU-da Magistratura və doktorantlarla iş şöbəsi yaradıldı.
2020/2021-ci tədris ilindən daha 2 ixtisas üzrə magistratura təhsil səviyyəsinə qəbul aparılmağa başlandı:
- 060409 Biznesin idarə edilməsi;
- 060410 Dövlət və bələdiyyə idarəetməsi;
2022-ci ildə “Magistratura və Doktorantura Təhsil Mərkəzi” yaradıldı.
2022/2023-cü tədris ilindən daha 1 ixtisas üzrə magistratura təhsil səviyyəsinə qəbul aparılmağa başlandı:
- 060111 Tarix müəllimliyi
2023/2024-cü tədris ilindən daha 2 ixtisas üzrə magistratura təhsil səviyyəsinə qəbul aparılmağa başlandı:
- 060403 Maliyyə;
- 060510 Ekologiya.
Əlavə olaraq 2023/2024-cü tədris ilindən Mingəçevir Dövlət Universitetində MBA (Master of Business Administration) proqramı üzrə 2 ixtisaslaşmaya qəbul aparılmağa başlandı:
- 060409 Biznesin idarə edilməsi.
Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)
Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)
Mərkəzin müdiri
Əməkdaşlar

Günay Əliyeva
aparıcı mütəxəssis
gunay.aliyeva@mdu.edu.az
Xəbərlər
Mingəçevir Dövlət Universitetində “Rektorun fəxri təqaüdü” təsis olunub
Mingəçevir Dövlət Universitetində tələbələrin uğurlarını təşviq etmək və sosial dəstək mexanizmlərini gücləndirmək məqsədilə mühüm addım atılıb. MDU-nun Elmi Şurasının 2025-ci
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi başladı
✅13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. ⁉️Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan
MDU-da magistrantların dissertasiya mövzuları müzakirə edilib
07 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə Xarici dillər kafedrasında magistrantların dissertasiya
Mingəçevir Dövlət Universitetində Magistrantların VII elmi-nəzəri konfransı keçirilib
24 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilib. Tədbirin məqsədi


