Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi
Mingəçevir Dövlət Universitetinin Keyfiyyat təminatı və davamlı inkişaf şöbəsi MDU-da təhsilin keyfiyyətinin və davamlı inkişafını təmin edilməsi funksiyasını yerinə yetirir, habelə tədrisin səmərəli təşkili və idarə edilməsi işinə dəstək verən akademik və inzibati heyətinin peşəkarlığının yüksəldilməsi istiqamətində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur qurumudur.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aktlarını, MDU-nun nizamnaməsini, həmçinin MDU rəhbərliyinin qərar və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbənin fəaliyyətinin əsas məqsədi MDU-nun struktur bölmələrində ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğun olaraq təhsil pillələri üzrə keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə müvafiq təhlillər əsasında təkliflərin hazırlanması və həyata keçirilməsinə əməli və metodiki dəstəyi təmin etməkdir.
Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- MDU-nun strateji inkişaf planının icrasına və hədəflərinin müəyyənləşdirilməsinə nail olmaq;
- MDU-nun strateji inkişaf planının icrası üçün struktur vahidlərinin koordinasiyası;
- Şöbənin iş planına uyğun olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma istiqamətlərində strateji inkişaf və idarəetmədə səmərəliliyin yüksəldilməsinin icrasına nəzarət;
- MDU-nun struktur bölmələri, professor-müəllim heyəti və təhsilalanlar arasında qarşılıqlı sağlam münasibətin qurulması;
- Tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması və elektron tədrisin təşkilinə keyfiyyətinə nəzarət;
- MDU-nun professor-müəllim heyətinin və tədrisin fəaliyyətinin qiymətləndirilməsi;
- Təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasının monitorinqi;
- Tədris və təlim prosesində müasir materiallardan, innovativ, yaradıcı və interaktiv metodlardan və təlim texnologiyalarından istifadə edilməsinin monitorinqi;
- Təhsilalanlar və məzunlar prosesə cəlb olunmaqla, təhsil proqramlarının mütəmadi monitorinqi və qiymətləndirilməsini təşkil etmək, nəticələrə əsasən tədrisin təşkili və idarə olunmasının təkmilləşdirilməsinə təkliflər vermək;
- Təhsilalanlar arasında mütəmadi sorğuların keçirilməsi və onların nəticələri əsasında rəy və təkliflərin hazırlanması;
- MDU-nun məzunları ilə mütəmadi olaraq sorğuların keçirilməsi və onların işlə təmin olunmasının monitorinqi;
Şöbə müdiri
Əməkdaşlar

İbrahimova Lamiyə
Mahir qızı
Baş mütəxəssis
lamiya.ibrahimova@mdu.edu.az

Tamara Məmmədova
Eldar qızı
Mütəxəssis
tamara.mammadova@mdu.edu.az
Sənədlər
Təlimlər
Sorğular
Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi mütəmadi olaraq təhsilalanlar, təhsilverənlər, məzunlar və maraqlı tərəflər arasında məmnuniyyət və ehtiyacların məyyənləşdirilməsi istiqamətində sorğular keçirir.
- https://docs.google.com/forms/d/1U7iTg6COJETkEvtjrR39BWwKhR1VyoHhoXfTpxOkA8Y/edit
- https://docs.google.com/forms/d/1KJP0XZky3H7MkmW-uLXLxBBJXHkR7FB6y5OZBmqAqjo/edit
- https://docs.google.com/forms/d/1Cjfsmkaf7nB1DjxHR1ES4aRppOafhO1HXkldA_Yarx0/edit
- https://docs.google.com/forms/d/1L0sVAC0M_AAa9r4fwatB5SdjRlDv4amRvHgoOy4hLhA/edit#responses
- https://docs.google.com/forms/d/1zV_9ZAW0QiPWpNp5-zzBKLksXVny7RufS3aWPnLcL34/edit#responses
- https://docs.google.com/forms/d/1Dr1Az8kxMkSK1eyV2dyBFOipMUh2pWcQxLnH5BHByZo/edit
- https://docs.google.com/forms/d/1JUQRiLvljj_mDjkV55G2i7LczQJjgdyNAT1yaxPni-c/edit
- https://docs.google.com/forms/d/1HxEqipsCfivQXwyvvJG6-8aYnvmviS4yq-u7M3acfMg/edit

