Təcrübə və karyera inkişafı mərkəzi
Mingəçevir Dövlət Universitetinin (bundan sonra MDU) Təcrübə və karyera inkişafı mərkəzi (bundan sonra – Mərkəz) MDU-da təhsilalanların və məzunların peşə hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, onların təcrübə, karyera inkişafı və məşğulluğunun təmin edilməsi, həmçinin MDU-nun akademik və inzibati heyətinin peşəkarlığının yüksəldilməsi istiqamətində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur qurumdur.
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin, “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”ni, digər aidiyyatı orqanların müvafiq normativ-hüquqi aktlarını, eləcə də universitetin Nizamnaməsini, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Mərkəz öz vəzifələrini mövcud qanunvericiliyə uyğun olaraq MDU-nun struktur bölmələri, dövlət və yerli özünü idarəetmə orqanları, elm və təhsil qurumları, hüquqi və fiziki şəxslər, beynəlxalq və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə, bağlanmış saziş və müqavilələr əsasında həyata keçirir.
Mərkəzdə görülən işlər
- Təhsilalanların yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün tədris edilməyən zəruri biliklərə, həyati bacarıqlara yiyələnməsi proseslərini idarə edir;
- Təhsilalanların əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsi məqsədi ilə tədris, istehsalat və diplomqabağı təcrübələri təşkil etməkdə, bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə müvafiq tədris sənədlərini hazırlamaqda və məzunları öz ixtisasları üzrə peşəkar iş həyatına hazırlamaqda, iş axtarışında və uğurlu karyera qurmalarında onlara köməklik edir;
- Tələbə və məzunların şəxsi inkişafına dəstək olur, onların özünü təqdim etmə bacarığı, peşəkar ixtisaslaşma imkanlarını artırır, əmək bazarının vəziyyəti barədə məsləhət vermək üçün onlarla daim əlaqə saxlayır;
- Müəssisə, təşkilatlar və sahibkarlarla əməkdaşlıq qurur, təcrübənin keçirilməsini təmin etmək məqsədi ilə müqavilələrin bağlanmasına nail olur, təcrübələrin proqram və qrafikini onlarla razılaşır, həmin qurumlarda olan vakansiyalar haqqında tələbələri və məzunları məlumatlandırır;
- Məzunların əmək bazarında ixtisaslarına uyğun layiqli təmsil olunmasına hərtərəfli dəstək göstərir;
- Müəssisə, şirkət rəhbərləri və mütəxəssislərlə tələbələrin və məzunların görüşlərini təşkil edir, həmin müəssisələrin bazasını yaradır, tələbələrin bu şirkətlərdə istehsalat təcrübəsi keçməsi və məzunların işə götürülməsi haqqında danışıqlar aparır və niyyət protokolu imzalayır;
- Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintiləri və ekskursiyaları təşkil edir;
- Tələbə və məzunlara professional CV və motivasiya məktubunun hazırlanmasında köməklik göstərir;
- Tələbə və magistrantları müxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqda maarifləndirir və onları bu kurslara yönləndirir;
- Tələbə və məzunların peşəkarlığının yüksəldilməsi və şəxsi inkişafını təmin edən şərait yaradır;
- Universitetin əməkdaşlıq etdiyi partnyor və digər müəssisələr, beynəlxalq təşkilatlar və xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımi (ünvan, profili, əsas fəaliyyət istiqamətləri və s.) məlumat toplayır, onlar haqqında avtomatlaşdırılmış (elektron) məlumat bazası yaradır;
- Məzunların məşğulluğunu təmin etmək üçün mütəmadi tədbirlər təşkil edir (əmək yarmarkaları, şirkət təqdimatları, karyera günləri, dəyirmi masalar, konfranslar, təlimlər və s.), bu tədbirlər və iş elanları barədə ətraflı informasiyalar hazırlayır və həmin informasiyaları tələbələrə və məzunlara çatdırır;
- Elm, dövlət və iş dünyasında uğur qazanmış peşəkarların tələbələrlə görüşlərini təşkil edir (tələbələr həmin şəxsin həyat və iş təcrübəsini öyrənir, müasir iş dünyasının tələblərindən xəbərdar olur və özlərinə nümunə götürürlər);
- MDU-nun Nizamnaməsi, tərəf olduğu müqavilələr və öhdəliklərini müəyyən edən digər aktları (əmrlər, tədbirlər planı və.s) ilə müəyyən edilmiş istiqamətlərdə də fəaliyyət göstərir;
- Məzunlar arasında koordinasiya işini aparır, Məzun Klubu yaradır və fəaliyyətini əlaqələndirir;
- Məzun-məzun və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi üçün sosial, mədəni və idman fəaliyyətlərini həyata keçirir;
- Təhsilalanlarda, məzunlarda və əməkdaşlarda innovativ sahibkarlıq mədəniyyətini formalaşdırır
Məzunlar Assosiasiyası
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universiteti
Məzunlar Assosiasiyasının Əsasnaməsi
- Ümumi müddəalar;
1.1. Məzunlar Assosiasiyası (bundan sonra “Assosiasiya”) Mingəçevir Dövlət Universiteti (bundan sonra “MDU”) məzunlarının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə könüllü üzvlük əsasında yaradılmış, müstəqil fəaliyyət göstərən ictimai və sosial təşkilatdır.
1.2. Assosiasiya universitetin akademik və peşəkar inkişafına töhfə verən müstəqil təşkilatdır və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, MDU-nun Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.
1.3. Assosiasiya üzvlərin bərabər hüquqlara malik olduğu, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan demokratik idarəçilik modeli ilə fəaliyyət göstərir.
1.4. Assosiasiya siyasi birlik deyil və hər hansı siyasi fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymur. Assosiasiyanın üzvləri Assosiasiyadan kənar fərdi şəkildə bu işlə məşğul ola bilərlər.
1.5. Assosiasiya hüquqi şəxs deyil, üzvlərinin səs çoxluğu ilə seçdikləri idarə heyəti tərəfindən idarə olunur.
- Assosiasiyanın məqsəd və vəzifələri:
2.1. Assosiasiyanın yaradılmasında məqsəd aşağıdakılardır:
2.1.1 MDU məzunlarının davamlı şəbəkələşməsini və akademik əlaqələrini gücləndirmək;
2.1.2. Məzunların peşəkar və sosial inkişafını təşviq etmək;
2.1.3. Karyera dəstəyi və mentorluq proqramları vasitəsilə gənc məzunlara dəstək vermək;
2.1.4. Məzunlar arasında innovativ təşəbbüsləri və sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək;
2.1.5. Məzun məlumat bazasının yaradılması və daim yenilənməsini təmin etmək.
2.2. Assosiasiyanın vəzifələri aşağıdakılardır:
2.2.1. MDU-nun nüfuzunun artırılmasına və beynəlxalq ali təhsil şəbəkələrinə inteqrasiyasına dəstək vermək;
2.2.2. Universitetin məzunlarla mütəmadi əlaqəsini təmin edərək əməkdaşlığı genişləndirmək;
2.2.3. Tələbə və məzunlara mentorluq, təcrübə və iş imkanları yaratmaq;
2.2.4. Sosial məsuliyyət layihələrində iştirak edərək cəmiyyətə töhfə vermək;
2.2.5. Elmi-tədqiqat fəaliyyətlərinə məzunların cəlb olunmasını təşviq etmək.
- Assosiasiyanın fəaliyyəti.
3.1. Assosiasiya qarşısına qoyulmuş məqsəd və vəzifələri uğurla həyata keçirmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq olaraq müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
3.2. Respublikanın və dünyanın aparıcı ali təhsil müəssisələrinin məzun assosiasiyaları ilə strateji tərəfdaşlıqlar qurur;
3.3. Hər il məzunlar haqqında məlumat bazasını yeniləyir və onların karyera inkişafını izləyir;
3.4. Peşə hazırlığının artırılması məqsədilə seminarlar, konfranslar və təlimlər təşkil edir;
3.5. Məzunlar üçün iş yarmarkaları, mentorluq proqramları və karyera inkişaf tədbirləri keçirir;
3.6. Assosiasiyanın üzvləri, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələrdən və digər sahələrdən əldə olunan vəsaitlərdən idarə heyətinin təsdiq etdiyi smeta üzrə Assosasiyanın saxlanması üçün istifadə edir.
- Assosiasiyanın üzvlüyünə qəbul.
4.1. Universiteti nə vaxt bitirməsindən və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün məzunlar assosiasiyanın üzvü hesab olunur o cümlədən, istisna hallarda respublikanın görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərindən könüllülük əsasında hər bir vətəndaş Assosiasiyanın üzvü ola bilər;
4.2. Üzvlük fərdi qaydada və tam könüllülük əsasında həyata keçirilir;
4.3. Assosiasiyanın fəxri üzvlüyü xüsusi xidmətləri olan məzunlara və universitetə töhfə verən şəxslərə təqdim edilir. MDU-nun rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.
- Assosiasiya üzvünün hüquq və vəzifələri.
5.1. Üzvlərin hüquqları:
5.1.1. Assosiasiyanın bütün tədbirlərində iştirak etmək;
5.1.2. Resurslardan və şəbəkələşmə imkanlarından yararlanmaq;
5.1.3. Layihə və təşəbbüslərdə iştirak etmək;
5.1.4. İstədiyi vaxt üzvlükdən çıxmaq.
5.2. Üzvlərin vəzifələri:
5.2.1. Assosasiyanın Əsasnaməsinin tələblərinə riayət etmək;
5.2.2. Assosiasiyanın nüfuzunun qorunmasına çalışmaq;
5.2.3. Assosiasiyanın fəaliyyətlərinə aktiv dəstək vermək;
5.2.4. Digər məzunlarla əlaqələrin qurulmasına töhfə vermək.
- Assosiasiyanın idarə olunması.
6.1. Assosiasiyanın ali idarəetmə orqanı ümumi yığıncaqdır. Ümumi yığıncaqlar arası dövrdə idarəetmə seçilmiş İdarə Heyəti tərəfindən həyata keçirilir.
6.2. Ümumi yığıncaqlar ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədən kənar yığıncaqlar idarə heyətinin, yaxud üzvlərin sayının 2/3-dən çoxunun qərarı, habelə rektorun təklifi ilə çağırıla bilər. Ümumi yığıncaq üzvlərin sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaqda qərarlar iştirak edənlərin sadə səsçoxluğu ilə qəbul olunur.
6.3. Assosiasiyanın sədri ümumi yığıncaqda sədrlik edir, o, yığıncaqda iştirak etmədikdə, bu vəzifəni onun müavini, yaxud idarə heyətinin üzvlərdən biri həyata keçirir.
6.4. Ümumi yığıncaq Assosiasiyanın Əsasnaməsini təsdiq edir, lazım gəldikdə onlara dəyişikliklər və əlavələr edir;
6.5. İdarə heyətinin üzvlərini, sədrini və müavinini seçir;
6.6. Assosiasiyanın illik fəaliyyət planını təsdiq edir;
6.7. Məzunun Assosiasiyanın üzvlüyünə qəbulu və ya üzvlüyündən çıxarılması haqda qərar verir;
6.8. İdarə heyətinin hesabatını təsdiq edir
6.9. Assosiasiyanın idarə heyəti 11 nəfərdən ibarət ümumi yığıncaqda sadə səs çoxluğu ilə 2 il müddətinə seçilir. Ümumi yığıncağın qərarı ilə bir nəfər 3 dəfə sədr seçilə bilər.
- Assosiasiyanın ləğv edilməsi.
7.1. Assosiasiya ümumi yığıncağın qərarı ilə ləğv edilə bilər;
7.2. Assosiasiyanın ləğvi haqqında qərar ümumi yığıncaqda iştirak edənlərin 2/3 hissəsinin səs verdiyi halda qüvvəyə minir;
7.3. Assosiasiyanın maliyyə fəaliyyətinin yoxlanılması rektor tərəfindən həyata keçirilir.
Məzunlar
Əziz məzunlar, əgər özünüz haqqında məlumatı illər üzrə məzunlar siyahısı faylında tapmadınızsa xahiş edirik Məzun məlumat bazası forumundan qeydiyyatdan keçəsiniz: https://forms.gle/C9XMqbYcLW1ePsoT7
Aşağıdakı keçidlərə daxil olaraq, xronoloji ardıcıllığa əsasən siyahılarla tanış ola bilərsiniz.
Məzunlarımızın karyera inkişafına və işlə təmin olunmasına dəstək olmaq məqsədilə “CV bazası” yaradılmışdır. Bu platforma vasitəsilə məzunların işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq edilir.
Qeyd: Məzunlarımızın şəxsi məlumatlarının təhlükəsizliyi bizim üçün önəmlidir. Bu səbəbdən, bazada yerləşdirilən bütün məlumatlar müvafiq təhlükəsizlik tədbirləri ilə qorunur və yalnız işəgötürənlərə açıqdır. CV formalarını tecrube.karyera@mdu.edu.az ünvanına göndərə bilərsiniz.
Məzunlarımızı aşağıdakı sorğularda iştirak etməyə dəvət edirik:
Karyera xidmətlərindən məmnunluq sorğusu: https://forms.office.com/r/hWkPECXWgH
Təhsil proqramından məmnunluq sorğusu: https://forms.office.com/r/SZRWRcS2pW
Karyera məsləhəti xidməti
“Karyera məsləhəti xidməti” tələbə və məzunlarımızın şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə yaradılmışdır. Bu xidmət, karyera hədəflərini müəyyənləşdirmək və şəxsi inkişaf prosesini irəli aparmaq üçün geniş imkanlar təqdim edir.
Niyə “Karyera məsləhət xidməti”ndən istifadə etməlisiniz?
Fərdi yanaşma: Hər bir tələbə və məzuna fərdi yanaşma tətbiq edərək, onların karyera maraqlarını və məqsədlərini daha yaxşı başa düşməyə çalışırıq.
Peşəkar məsləhətlər: Peşəkar təlimatçılarımızla birbaşa əlaqə saxlamaq və onların təcrübəsindən faydalanmaq imkanı əldə edəcəksiniz.
Karyera planlaması: Karyera planlamasında dəstək alaraq, öz inkişaf yolunuzu daha dəqiq müəyyənləşdirə bilərsiniz.
Xidmətlərimiz:
Məsləhət saatları: Tələbə və məzunlarımız üçün xüsusi məsləhət saatları təşkil edirik. Bu saatlarda fərdi məsləhətlər alaraq, karyera hədəflərinizi müzakirə edə bilərsiniz.
Təlim və seminarlar: Müxtəlif sahələr üzrə təlim və seminarlar təşkil edərək, tələbə və məzunlarımızın bilik və bacarıqlarını artırmağa çalışırıq.
Karyera resursları: Karyera inkişafı üçün müxtəlif resurslar və materiallar təqdim edirik.
“Karyera məsləhəti xidməti”ndən faydalanmaq üçün sadəcə olaraq aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatınız təsdiqləndikdən sonra, sizinlə əlaqə saxlayaraq növbəti addımları müzakirə edəcəyik.
Qeydiyyat üçün linki: https://forms.office.com/r/QQ10Lx3Hzb
Əməkdaşlıq etdiyimiz müəssisələr

Mərkəz müdiri

Cəfərov Nuran
Zakir oğlu
Əməkdaşlar

Razim Qurbanov
mütəxəssisi
Xəbərlər
MDU-da “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib
29 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Tədbirdə
“Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” çərçivəsində master-klass sessiyaları təşkil edilib
Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində müxtəlif sahələri əhatə edən maarifləndirici master-klass sessiyaları
Tələbələrin təcrübə imkanları genişləndirilir: MDU beş qurumla yeni Əməkdaşlıq Memorandumu imzaladı
2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri keçirilib. Sammit
Mingəçevir Dövlət Universiteti regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edir
2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “HBN Group” və Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə təşkilatçılığı
Elanlar

Mingəçevir Dövlət Universiteti boş qalan fənlər üzrə müəllimlik vakansiyası elan edir!
Mingəçevir Dövlət Universiteti tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə peşəkar və ixtisaslı kadrların cəlb olunması üçün boşda qalan fənlər üzrə müəllimlik

Mingəçevir Dövlət Universiteti vakansiya elan edir: İngilis dili müəllimi
Mingəçevir Dövlət Universiteti tədris prosesinin keyfiyyətinin artırılması və tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi məqsədilə peşəkar və ixtisaslı kadrların cəlb

Mingəçevir Dövlət Universitetindən “Turizm və otelçilik” ixtisası üzrə magistrda fənn tədrisi üçün müəllim vakansiyası!
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasında magistratura səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisası (ixtisaslaşma: Turizm işi) üzrə aşağıda adları göstərilən fənlərin