İqtisadi tədqiqatlar mərkəzi

İqtisadi Tədqiqatar Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.12.2024-cü il tarixli, 47 nömrəli qərarı ilə yaradılmışdır. Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

İqtisadi Tədqiqatlar Mərkəzinin aşağıdakı vəzifələri vardır:

  • İqtisadi sahələr üzrə elmi-tədqiqat aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq;
  • Dövlət və özəl sektorda iqtisadi tədqiqatların səmərəliliyini artırmağa yönəlmiş təhlil və təkliflər hazırlamaq;
  • İqtisadi tədqiqatların təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək;
  • Mərkəzin fəaliyyətinə dair beynəlxalq təcrübəni öyrənmək və bu təcrübəni Azərbaycan şərtlərinə uyğunlaşdırmaq;
  • İqtisadi tədqiqatlarla bağlı mütəxəssislər və kadrlar hazırlamaq;
  • İqtisadi tədqiqatların icrası ilə əlaqədar təlimlər və seminarlar təşkil etmək.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İqtisadi tədqiqatlar sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq;
  • Azərbaycan Respublikasının iqtisadiyyatının müasirləşdirilməsi prosesinə töhfə vermək;
  • İqtisadi tədqiqatların həyata keçirilməsi istiqamətində təhlil və tövsiyələr hazırlamaq;
  • İqtisadi istiqamətli kafedraların elmi-tədqiqat mövzularının və magistrantlara verilən mövzuların seçilməsində iştirak etmək;
  • Magistrantların “Tədqiqatlar, kommunikasiya və innovasiya”, “Elmi-tədqiqat” və “Elmi-pedaqoji” təcrübələrinin keçirilməsi zamanı “Doktorantura və Magistratura Mərkəzi” ilə əməkdaşlıq etmək;
  • Magistrantların tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.

Mərkəzin rəhbəri

Məmmədli Vüqar
Əhməd oğlu

İqtisad elmləri üzrə fəlsəfə doktoru,
“İqtisadiyyat” kafedrasının dosenti vuqar.mammadli@mdu.edu.az

Üzvlər

  • f.d., dos. Abdullayev Kamran Nurəddin oğlu- Elm və Təhsil Nazirliyinin “İqtisadiyyat İnistitu”nun əməkdaşı.
  • f.d. Məmmədli Yeganə Zakir qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının baş müəllimi.
  • Musayev Pünhan Günəş oğlu- “Sosial Tədqiqatlar Mərkəzi”nin əməkdaşı.
  • Məmmədov Saqib Yaşar oğlu- MDU-nun “Biznes və menecment” kafedrasının müəllimi; Gəncə Dövlət Universitetinin dissertantı.
  • Nadirova Aytən İlham qızı- MDU-nun “İqtisadiyyat” kafedrasının müəllimi; Ankara Hacı Bayram Veli Universitetinin doktorantı.

Fəaliyyət planı

Tədbirlər

MDU-da “Dünyada və Azərbaycanda beynəlxalq valyuta münasibətlərinin qarşılıqlı təhlili: Bakı Fond Birjası timsalında” mövzusunda təlim keçirilib

MDU-da “Dünyada və Azərbaycanda beynəlxalq valyuta münasibətlərinin qarşılıqlı təhlili: Bakı Fond Birjası timsalında” mövzusunda təlim keçirilib

2025-ci ilin 8 may tarixində Elm və innovasiyalar şöbəsinin və İqtisadi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU)

MDU-da dəyirmi masa: Biznes ideyalarının reallaşdırılması iqtisadi inkişafın əsas indikatoru kimi

MDU-da dəyirmi masa: Biznes ideyalarının reallaşdırılması iqtisadi inkişafın əsas indikatoru kimi

2025-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi ilə İqtisadi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə

Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Elm Günü”nə həsr olunmuş elmi konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Elm Günü”nə həsr olunmuş elmi konfrans keçirilib

13 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin və İqtisadi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

3 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası baş tutub. İclas mərkəzin rəhbəri, iqtisad