İnkubasiya və akselerasiya mərkəzi
İnkubasiya və Akselerasiya Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.01.2025-ci il tarixli, 56 nömrəli qərarı ilə yaradılmışdır.
Mərkəzin fəaliyyətinin təşkili MDU rektorunun əmri ilə təyin olunmuş rəhbər tərəfindən həyata keçirilir.
İnkubasiya və Akselerasiya Mərkəzinin aşağıdakı vəzifələri vardır:
Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
- Tələbə və gənc sahibkarların biznes ideyalarını inkişaf etdirmək və onları bazara təqdim etmək.
- Startaplara və innovativ layihələrə maliyyə və məsləhət dəstəyi göstərmək.
- Mentor və ekspertlər ilə gənc təşəbbüskarları bir araya gətirmək.
- İnkubasiya və akselerasiya proqramları təşkil etmək.
- İnovativ bizneslər üçün tədbirlər, seminarlar və təlimlər keçirmək.
- Yerli və beynəlxalq biznes mühitinə inteqrasiya etmək və əlaqələr qurmaq.
- Startap ekosistemini inkişaf etdirmək və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etmək.
- Akselerasiya proqramlarına uyğun olaraq daha inkişaf etmiş startaplara bazara çıxmaq və böyümək üçün təlimlər, şəbəkələşmə imkanları, investorlarla əlaqələrin qurulması, strateji planlaşdırma və biznes inkişafına dəstək göstərmək,
- İnkubasiya proqramlarına uyğun olaraq startapların ilkin inkişaf mərhələsində onlara məsləhət xidmətləri, mentorluq, maliyyə və hüquqi dəstək vermək, iş yeri və resursların təmin edilməsinə nail olmaq.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Mərkəz əsasən gənc və yeni təşəbbüskarların (startapların) inkişafını dəstəkləyən, innovasiya və sahibkarlıq mühitinin inkişafına xidmət edən fəaliyyəti həyata keçirmək,
- Universitetin tələbələri, müəllimləri və yerli cəmiyyətin digər üzvləri üçün innovasiya və sahibkarlıq ekosistemi yaratmaq, onların ideyalarının və layihələrinin inkişafına dəstək vermək, yüksək texnologiyalı və dayanıqlı startapların yaranmasına şərait yaratmaq.
Mərkəzin rəhbəri

Muradzadə Elvin
Amil oğlu
“İnformasiya Texnologiyaları”
kafedrasının müəllimi
elvin.muradzada@mdu.edu.az
Əlaqə
Tel: +994 70 668 06 63
E-mail: elvin.muradzada@mdu.edu.az