Humanitar fənlər kafedrası 1994-cü ildə  əsas tədris-elmi struktur bölmələrindən biri kimi təsis olunmuş, tədris, metodiki və elmi-tədqiqat işlərinin aparılmasını və tələbələr arasında tərbiyəvi məsələləri həyata keçirir. Burada müəllimlərlə yanaşı tələbələrin də elmi-tədqiqat işləri aparmasına şərait yaradılır. Tədris prosesini kafedranın yüksək ixtisaslı və peşəkar müəllimləri təmin edir.

2016/2017-ci tədris ilindən kafedraya 050101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, 2018/2019-cu tədris ilindən 050116 – Tarix müəllimliyi ixtisası, 2024/2025-ci tədris ilindən isə Tarix və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasları  təhkim edilmişdir. Hazırda fəaliyyətini ixtisas kafedrası kimi davam etdirir. Əsası qoyulduğu gündən dövrün tələblərinə cavab verən peşə vərdişlərinə və intellektual potensiala malik gənc nəslin formalaşmasına səy göstərən Humanitar fənlər kafedrasının əməkdaşları həm universitetin, həm də şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Kafedra müasir yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin etmək üçün bakalavr üzrə 101, magistratura üzrə  31 fənnin tədrisini təşkil edir.

MİSSİYAMIZ – yeni təhsil texnologiyalarının tətbiq edilməsi yolu ilə elmi araşdırmaların və təhsil prosesinin inteqrasiyasının gücləndirilməsi, həmçinin mütəxəssislərin bütün əmək fəaliyyəti boyu davamlı və  çoxmərhələli inkişaf sistemi hesabına yüksək ixtisaslı və rəqabətə davamlı pedaqoji kadrların hazırlanması, tələbələrə ən yaxşı təhsil və ən müasir biliklər verərək məzunların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə karyera imkanlarından faydalanmaları üçün lazımi qabiliyyətlər əldə etmələrini təmin edən güclü təhsil bazası yaratmaq, multikultural və milli dəyərlərə bağlı, gələcək karyeralarında uğurlar qazanan, yaradıcı və tənqidi təfəkkürə sahib, təşəbbüskar, özünə, ailəsinə, qurumuna, ölkəsinə və bütün bəşəriyyətə töhfə verən, hər zaman mükəmməlliyə can atan peşəkar mütəxəssislər və liderlik keyfiyyətlərinə malik kadrlar hazırlamaqdır.

MƏQSƏDİMİZ – əmək bazarının tələblərini, demoqrafik vəziyyəti və universitetin inkişaf potensialını nəzərə almaqla kafedranın ixtisasları üzrə təhsilalanlar kontingentini formalaşdırmaq və tədris prosesinin yeni strukturunun və innovativ təhsil texnologiyalarının tətbiq edilməsi vasitəsi ilə ölkə və regional səviyyədə tanınan, ən çox iş və karyera imkanları yaradan və yüksək təhsil standartına sahib olan kafedra olmaqdır.

Müasir dövrdə insanın özünü dərk etməsi, özünü təqdim edə bilməsi çox vacibdir ki, bütün bunlar da Humanitar fənlər kafedrasının əsas strateji hədəflərini şərtləndirir.

Hazırda kafedra 1 (bir) nəfər f.e.d., dosent, 8 (səkkiz) nəfər fil.ü.f.d., dosent, 8 (səkkiz) nəfər fil.ü.f.d., baş müəllim, 2 (iki)  nəfər fil.ü.f.d., müəllim, 3 (üç) nəfər baş müəllim, 23 (iyirmi üç) nəfər müəllim, 2 (iki) nəfər assistent-müəllim, 1 (bir) nəfər operator-kargüzar-müəllim  və 1 (bir) nəfər operator-kargüzar çalışır.

İxtisaslar haqqında

Humanitar fənlər kafedrası ali təhsilin bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə tədris planlarının  humanitar fənlər bölümünə daxil olan fənlərinin tədrisini təşkil etməklə yanaşı Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyat, Tarix və Tarix müəllimliyi ixtisasları üzrə  aparıcı ixtisas kafedrasıdır.

050101 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – ixtisasının mahiyyəti  Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, düzgün yazı vərdişlərinə yiyələnən, ədəbi dilin gözəlliyi və zənginliyini, eyni zamanda Azərbaycan mədəniyyətini dil vasitəsi ilə qoruyub saxlayan kadr potensialının yaradılması, güclü tədris intizamının formalaşdırılmasından ibarətdir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil almağın üstün cəhəti ondan ibarətdir ki, bu ixtisasa yiyələnməklə həm Azərbaycan dilinin və ədəbiyyatın dərin biliklərinə yiyələnir, həm də nitq bacarığını formalaşdırmış olursan. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə tədris olunan Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan ədəbiyyatı nəzəriyyəsi, Şifahi xalq ədəbiyyatı,  Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kimi fənlər tələbələrin müəllim kimi fəaliyyət göstərməsinə böyük köməklik göstərməklə yanaşı,  onların aldıqları təhsilin sonrakı fəaliyyətlərində də tətbiq edə bilmələrinə möhkəm zəmin yaradır. Bu ixtisasa yiyələnmək məzunlara Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir. O cümlədən, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətləri ilə tanış ola bilirlər. Bütövlükdə, təhsil proqramını mənimsəyən məzunlar ixtisas biliklərindən əlavə, həm də aşağıdakı bir sıra ümummədəni və peşə kompetensiyalarına (səriştələr) yiyələnirlər:

– Kollektivdə öz həmkarları ilə birlikdə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə metodlarına yiyələnmək;

– Yeni ideyalar irəli sürmək və əsaslandırmaq;

– Mədəniyyətlərarası dialoqa hazır olmaq;

– Problemli şəraitdə təşəbbüskarlıq göstərmək;

– Tənqid və özünütənqidə dözümlülük göstərmək;

– Peşə fəaliyyəti sahəsinə aid olan fənlərin əsas problemlərini bilmək və konkret şəraitdə tətbiq etməyi bacarmaq;

– Şagirdlərin müəyyən qruplarına rəhbərlik etməyi bacarmaq.

– Pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək.

– Dilçilik, ədəbiyyat, tarix və mədəniyyət amilləri, prosesləri və hadisələri arasındakı əlaqəni müəyyənləşdirmək.

Bu ixtisas üzrə bakalavr dərəcəsini almaqla orta ümumtəhsil məktəblərində, müxtəlif tədris mərkəzlərində və hazırlıq kurslarında, liseylərdə, orta ixtisas təhsili müəssisələrində (kolleclər), magistr dərəcəsini almaqla isə həm də, universitetlərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləmək imkanı qazanılır. Bu ixtisasa yiyələnənlər eyni zamanda jurnalistika fəaliyyəti ilə məşğul ola, radio və televiziya, nəşriyyat sahəsində, habelə KİV sahəsində öz bacarıqlarını nümayiş etdirə bilirlər.

İxtisas üzrə təhsil proqramının normativ mənimsəmə müddəti 4 ildir.

 

050201 – Filologiya (Azərbaycan dili və ədəbiyyat) – ixtisasının məzmununu Azərbaycan dilinin tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, düzgün yazı vərdişlərinə yiyələnən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən kadr potensialının yaradılması təşkil edir. Filoloq Azərbaycan dilinin tarixini, ədəbi dilin gözəlliyi və zənginliyini, Azərbaycan mədəniyyətini dil vasitəsilə qoruyub saxlayan mütəxəssisdir.

“Filologiya” ixtisasında Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümumtürk mədəniyyəti və dünya ədəbiyyatı kontekstində təqdim olunur. Bu, məzunlara gələcəkdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini ümumbəşəri kontekstdə tədqiq edə bilmək imkanı verir. Bununla yanaşı, Filoloq müvafiq ixtisas üzrə tədqiqatçı kimi işləməklə yanaşı gələcəkdə Türkoloq və Azərbaycanşünas kimi də fəaliyyət göstərə bilər.

 “Filologiya” ixtisası üzrə təhsil alan tələbələr məzun olarkən aşağıdakı peşə kompetensiyalarına, bilik və bacarıqlara yiyələnir: 

  – Filologiya (Azərbaycan dili və ədəbiyyatı) sahəsində təməl araşdırma vərdişlərinə sahib olur;

  – Dilin özəlliyi, mahiyyəti və vəzifələri barədə geniş biliyə malik olur; 

  – Dilin və yazının mənşəyi; dilin inkişaf mərhələləri; dil əlaqələri; dillərin təsnifat prinsipləri; dilin sistemi və strukturu; dil səviyyələri; dilin funksiyaları; dil və nitq, dil və cəmiyyət, dil və mədəniyyət arasında qarşılıqlı əlaqə haqqında ətraflı biliyə yiyələnir və bu sahələrdə mövcud nəzəri bilikləri mənimsəyir;

   – Dilşünaslıq sahələrində tətbiq edilən ümumi metod və üsulları mənimsəyir və kiçik həcmli tədqiqatlarda tətbiq edə bilir;

   – Dilçilik elminin tarixi, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında biliyə sahib olur;

   – Dilçiliyin tədqiqat obyektləri ilə bağlı geniş bilik əldə edir;

   – Dilin hazırkı inkişaf mərhələsində dilçilik elminin təməl nəzəri konseptual məsələləri tətbiq edə bilir;  

   –  Dilçilik elminin nəzəri nəticələrini təcrübədə tətbiq etmək bacarığı qazanır;

– Ədəbi nümunələrin və folklor nümunələrinin təhlil edilməsi bacarığına yiyələnir;

– Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində yazılmış elmi-nəzəri ədəbiyyatla ətraflı şəkildə tanış olur;

 – İxtisasla bağlı anlayış və terminlərin mənasını bilir; arqument qurur və arqumenti əsaslandıra, məlumatı analiz və sintez edə bilir;

 – Tənqidi təhlil, eləcə də empirik və analitik tədqiqat vərdişlərini inkişaf etdirir;

            Proqramı uğurla başa çatdıran məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agentliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/ məsləhətçi olaraq da çalışa bilər,  həmçinin təhsillərini ixtisas üzrə magistratura proqramlarında davam etdirə bilərlər.

  İxtisas üzrə təhsil proqramının normativ mənimsəmə müddəti 4 ildir.

050206 – Tarix – ixtisası üzrə bakalavr dərəcəsi bütövlükdə dünyada mövcud olan qədim və müasir sivilizasiyaların tarixini öyrənən çoxsahəli təhsil proqramıdır. “Tarix” ixtisasında təhsil almağın üstün cəhəti odur ki, burada Azərbaycan və ümumdünya tarixinin, tarixi hadisələrin mahiyyətinin, səbəb və nəticələrinin; Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyasının; tarixi şəxsiyyətlərin, ayrı-ayrı sivilizasiya və regionların tarixinin; tarix elminin, tarixi biliklərin inkişaf tarixinin əsas xüsusiyyətlərinin; tarixi mənbələrin növləri, yaranma yolları, onlara tənqidi yanaşma mexanizmlərinin; beynəlxalq münasibətlər sistemi, beynəlxalq münasibətlər tarixi, beynəlxalq qurum və təşkilatlar, onların fəaliyyət mexanizminin və beynəlxalq münasibətlərdə rolunun; dünya xalqları, onların soykökü, yerləşmə arealları, maddi və mənəvi mədəniyyətinin əsas xüsusiyyətlərinin; tarixi tədqiqatların müasir vəziyyəti və perspektivlərinin öyrənilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

Tələbələr həmçinin Azərbaycanın qədim insan məskənləri, ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən tarixi yerləri, muzeylər, tarixi abidələr və s. ilə əyani tanışlıq üçün vaxtaşırı ekskursiyalarda olur, görkəmli tarixçi-alimlər tərəfindən vaxtaşırı aparılan ustad dərslərində iştirak edirlər. Maddi-texniki baza və pedaqoji heyət tələbələrin təkcə peşəkar tarixçi və mütəxəssis kimi yox, həm də yetkin vətəndaş kimi formalaşdırılması üçün səfərbər edilir.

“Tarix” ixtisası üzrə təhsil proqramını mənimsəyən məzunlar İxtisas bilklərindən əlavə, həm də aşağıdakı bir sıra ümummədəni və peşə kompetensiyalarına (səriştələr) yiyələnirlər:

  • İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına;
  • Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuruna və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

“Tarix” ixtisası üzrə məzun olanlar dövlət idarəetmə orqanlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə, nazirlik və komitələrdə, həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində tarix üzrə mütəxəssis/məsləhətçi və təhlilçi olaraq çalışa, elmi tədqiqat institutlarında, arxivlərdə, muzeylərdə, Azərbaycan tarixinin araşdırılması mərkəzlərində, müxtəlif təhsil və mədəniyyət qurumlarında, ixtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda,  və s. işləyə bilər, həmçinin təhsillərini ixtisas üzrə magistratura proqramlarında davam etdirə bilərlər.

      İxtisas üzrə təhsil proqramının normativ mənimsəmə müddəti 4 ildir.

 

050116 – Tarix müəllimliyi – Tarix müəllimliyi keçmişin, yazılı sənədlərdə göstərildiyi kimi, tədqiqi və bu günün sabaha düzgün ötürülməsi ilə əlaqəli olan ixtisasdır. Həmçinin, xalqın sosial yaddaşından, uğurlarından, qələbələrindən, faciələrindən və məğlubiyyətlərindən bəhs edən bu elm sahəsi gələcəyə doğru bir körpüdür. Tarix müəllimliyi ixtisasında təhsil almağın üstün cəhəti odur ki, həm Ümumi Tarix, yəni dünya ölkələrinin tarixi üzrə, həm də Azərbaycan tarixi üzrə qədim dövrdən müasir dövrə qədər dövrlə bağlı biliklərə yiyələnirsən. Eyni zamanda dünyada və cəmiyyətdə baş verən tarixi prosesləri səbəb-nəticə əlaqələri zəminində təhlil etmək, qiymətləndirmək bacarıqlarını və vərdişlərini qazanmış olursan. Tarix müəllimliyi ixtisası üzrə təhsil proqramını mənimsəyən məzunlar ixtisas biliklərindən əlavə, həm də aşağıdakı bir sıra ümummədəni və peşə kompetensiyalarına (səriştələr) yiyələnirlər:

 – Kollektivdə öz həmkarları ilə birlikdə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə metodlarına yiyələnmək;

 – Yeni ideyalar irəli sürmək və əsaslandırmaq;

 – Mədəniyyətlərarası dialoqa hazır olmaq;

 – Problemli şəraitdə təşəbbüskarlıq göstərmək;

 – Tənqid və özünütənqidə dözümlülük göstərmək;

 – Peşə fəaliyyəti sahəsinə aid olan fənlərin əsas problemlərini bilmək və konkret şəraitdə tətbiq etməyi bacarmaq;

 – Şagirdlərin müəyyən qruplarına rəhbərlik etməyi bacarmaq.

 – Şagirdləri vətənpərvərlik, vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə, Azərbaycançılığın təməl prinsiplərinə sədaqət, ümummilli və bəşəri tarixi-mədəni dəyərlərə hörmət ruhunda tərbiyə etmək.

 – Azərbaycanın və dünyanın ən mühüm tarixi hadisələrini, tarixi şəxsiyyətlərinin, mədəni nailiyyətlərini qiymətləndirməyi bacarmaq.

 – Keçmiş və müasir hadisələri müqayisə etməklə bu günumüzün ictimai-siyasi proseslərini başa düşmək.

 – Dünya xalqları, onların soykökü, yerləşmə arealları haqqında məlumatlara yiyələnmək.

 – Müxtəlif dinlərə tolerantlıq nümayiş etdirmək.

 – Hadisə və prosesləri öz baxışları ilə qiymətləndirmək.

 – Tarixi tədqiqatların müasir vəziyyətini və perspektivlərini öyrənmək.

            Bu ixtisas üzrə bakalavr dərəcəsini almaqla orta ümumtəhsil məktəblərində, müxtəlif tədris mərkəzlərində və hazırlıq kurslarında, liseylərdə, orta ixtisas təhsili müəssisələrində (kolleclər), magistr dərəcəsini almaqla isə həm də universitetlərdə tarix müəllimi kimi işləmək imkanı qazanılır.

 İxtisas üzrə təhsil proqramının normativ mənimsəmə müddəti 4 ildir.

Kafedra müdiri

Əməkdaşlar

Günel Yunusova

filologiya üzrə fəlsəfə doktoru
gunel.yunusova@mdu.edu.az

Maarifə Manafova

filologiya üzrə fəlsəfə doktoru
maarifa.manafova@mdu.edu.az

Anar İsmayılov

tarix üzrə fəlsəfə doktoru
anar.ismayilov@mdu.edu.az

Taleh Əliyev

tarix üzrə fəlsəfə doktoru
taleh.ali@mail.ru

Elgün Aslanov

tarix üzrə fəlsəfə doktoru

Hüseyn Əsgərov

hüquq üzrə fəlsəfə doktoru

Sevda Abdullayeva

tarix üzrə fəlsəfə doktoru
sevda.abdullayeva.1986@mail.ru

Qəribə Mustafayeva

operator-kargüzar
qariba.mustafayeva@mdu.edu.az

Tədris olunan fənlər

Ali təhsil pilləsinin bakalavriat  səviyyəsi üzrə tədris olunan fənlər:

 Ümumi fənlər

  1. Azərbaycan tarixi
  2. Multikulturalizmə giriş
  3. Politologiya
  4. Sosiologiya
  5. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
  6. Siyasi elmin əsasları
  7. Turizm hüququ
  8. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

050116 – “Tarix müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər:

  1. Qədim dünya tarixi
  2. Orta əsrlər tarixi
  3. Türk xalqları və dövlətlərinin tarixi
  4. Arxeologiya və etnoqrafiyanın əsasları
  5. Osmanlı tarixi
  6. Şərq xalqları tarixi
  7. Müstəmləkəçilik və qloballaşma
  8. Azərbaycan tarixi – 1
  9. Azərbaycan tarixi – 2
  10. Azərbaycan tarixi – 3
  11. Tarixə köməkçi fənlər
  12. XIX-XX əsr Azərbaycan tarixinin aktual problemləri
  13. Yeni dövr tarixi
  14. Müasir dünya tarixi
  15. Dünya siyasi tarixi
  16. Müasir tarix-2
  17. Muzeyşünaslıq
  18. Qafqaz xalqları tarixi
  19. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
  20. Azərbaycan müasir dövlətçilik tarixi
  21. Tarixin tədrisi metodikası
  22. Tarixin tədrisi metodikası-2
  23. Dinlər tarixi
  24. Türkiyə Cümhuriyyəti tarixi
  25. Asiya və Afrika ölkələri tarixi
  26. Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər
  27. Azərbaycanın beynəlxalq əlaqələri

050101 – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər:

1.     Azərbaycan dilinin tədrisi metodikası

2.     Ədəbiyyatın tədrisi metodikası

3.     Şifahi xalq ədəbiyyatı

4.     Dilçiliyə giriş

5.     Ədəbiyyatşünaslığa giriş

6.     Müasir Azərbaycan dili – 1 (fonetika)

7.     Müasir Azərbaycan dili – 2 (leksikologiya)

8.     Müasir Azərbaycan dili – 3 (morfologiya)

9.     Müasir Azərbaycan dili – 4 (sintaksis)

10.  Azərbaycan ədəbiyyatı tarixi –1

11.  Əski Azərbaycan yazısı

12.  İfadəli oxu

13.  Azərbaycan ədəbiyyatı tarixi –2 (XIII-XVIII əsrlər)

14.  Azərbaycan ədəbiyyatı tarixi –3 (XIX-XX əsrlər)

15.  Azərbaycan ədəbiyyatı tarixi –4 (Müasir dövr)

16.  Dünya ədəbiyyatı – 1 (Qədim və Orta əsrlər)

17.  Dünya ədəbiyyatı – 2

18.  Ümumi dilçilik

19.  Türk dillərinin müqayisəsi

20.  Ədəbiyyat nəzəriyyəsi

21.  Ən yeni Azərbaycan ədəbiyyatı

22.  Nitq mədəniyyəti

23.  Bədii mətnin interpretasiyası

24.  Azərbaycan mühacirət ədəbiyyatı

25.  Türk dillərinin müqayisəli qrammatikası

26.  Azərbaycan dilinin interregional dil xüsusiyyətləri

27.  Orfoqrafiya və orfoepiya təlimi

050107İbtidai sinif müəllimliyiixtisası üzrə tədris olunan fənlər:

  1. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası-1
  2. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası-2
  3. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası-3
  4. Orfoqrafiya və orfoepiya təliminin əsasları
  5. Nitq inkişafı üzrə işin metodikası
  6. Linqvistik təhlil
  7. Oxu təliminin metodikası
  8. Uşaq ədəbiyyatı
  9. Ana dilinin tədrisi metodikası – 2

050112 – “Məktəbəqədər təhsil” ixtisası üzrə tədris olunan fənlər:

 Azərbaycan dili

  1. Uşaq ədəbiyyatı
  2. Nitq inkişafı metodikası

 050121 –“ Xarici dil müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər:

  1.  Azərbaycan ədəbiyyatı
  2. Müasir Azərbaycan dili

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə tədris olunan fənlər:

060111  –“ Tarix müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər:

  1. Tarix fənninin tədrisi metodikası elminin tarixi və metodologiyası
  2. Təhsil müəssisələrində tarix təlimi prosesi
  3. Tarix dərslərində şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi yolları
  4. Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması
  5. Sosial-iqtisadi materialların tədrisi üsulları
  6. Tarix üzrə dərsdənkənar iş
  7. Tarix təlimində şagirdlərin müstəqil işlərinin təşkili

060101 – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər:

  1. Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası
  2. Müasir Azərbaycan dilinin aktual problemləri
  3. Ədəbi əsərlərin təhlili
  4. Orfoepiya və orfoqrafiya təliminin elmi əsasları
  5. Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri
  6. Azərbaycan dilinin tədrisi metodikasının tarixi və metodologiyası
  7. Azərbaycan ədəbiyyatının tədrisi tarixi
  8. Azərbaycan dilinin tədrisi tarixi
  9. Fənlərarası əlaqənin problemləri
  10. Ədəbiyyatın tədrisinin müasir problemləri
  11. Azərbaycan ədəbiyyatının tədrisi metodikasının nəzəri problemləri
  12. Azərbaycan dilinin tədrisi metodikasının nəzəri problemləri
  13. Azərbaycan ədəbiyyatı tarixi
  14. Linqvistik təhlilin elmi metodik əsasları

060115 – “İbtidai sinif müəllimliyi” ixtisası üzrə tədris olunan fənlər: 

  1. Linqvistik təhlilin elmi metodik əsasları

2.Orfoqrafiya və orfoepiya təliminin metodik əsasları

  1. Ana dilinin tədrisi metodikasının aktual problemləri
  2. İbtidai sinif şagirdlərinin nitqinin inkişaf etdirilməsi yolları

 İxtisasların Humanitar fənlər bölümü  üzrə tədris olunan fənn:

  1. Azərbaycan multikulturalizmi

Konfranslar, seminarlar, dəyirmi masalar

2020-2021              2021-2022               2022-2023            2023-2024              2024-2025

Layihələr

Kafedranın müəllimi Səadət Ağakişiyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə ” Sosial layihələr” müsabiqəsinə “Nağıllar hamı üçün” layihəsini təqdim etmişdir.

Xəbərlər

MDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

MDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

2025-ci il oktyabrın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi Humanitar fənlər kafedrasının nəzdində fəaliyyət göstərən “Ədəbiyyat” dərnəyində Xalq şairi

Mingəçevir Dövlət Universitetinin  dosenti Almaniyaya  Beynəlxalq  Konfransa   dəvət olunub

Mingəçevir Dövlət Universitetinin  dosenti Almaniyaya  Beynəlxalq  Konfransa   dəvət olunub

28 iyul – 1 avqust  tarıxlərində Almaniyanın Lübek şəhərində Alman dili müəllimlərinin XVIII Beynəlxalq konfransı (İDT) keçiriləcəkdir. Beynəlxalq Alman dili

Mingəçevir Dövlət Universitetində Mikayıl Müşfiqə həsr olunmuş poeziya gecəsi keçirilib

Mingəçevir Dövlət Universitetində Mikayıl Müşfiqə həsr olunmuş poeziya gecəsi keçirilib

2025-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi, Humanitar fənlər kafedrası və İqtisadiyyat

Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir

Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir

17 fevral 2025-ci il tarixindən başlanan pedaqoji təcrübə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müvafiq “Tarix müəllimliyi” və “Azərbaycan dili

Elmi nəşrlər

Kafedra əməkdaşları tərəfindən 2018-2025-ci illərdə aşağıdakı kitabların nəşrinə nail olunmuşdur:

  1. N.Hacıyev, E.H.Cəfərova, İ.M.Məmmədov “Multikulturalizmə giriş” (dərs vəsaiti). “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018
  2. Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi. Mingəçevir, 2018
  3. İ.M.Məmmədov “Qədim dünya tarixi. I Hissə – Qədim Şərq” (dərs vəsaiti). Mingəçevir, 2020
  4. D.Zeynalov, İ.M.Məmmədov, A.N.İsmayılov, E.M.Aslanov, A.R.Qədirova, T.Ə.Quliyeva “Qədim Dünya tarixi. II hissə – Antik Avropa (Qədim Yunanıstan)” (dərs vəsaiti). Mingəçevir, 2022
  5. Bayramov, E.M.Aslanov, E.Əhmədova “44 Günlük Vətən müharibəsi Azərbaycanın zəfər tarixidir” (metodik vəsait). Gəncə-2022
  6. Yunusova “Tənzimat poeziyası” (dərs vəsaiti). Mingəçevir, 2022
  7. H.Cəfərova, M.Yusifova “Türk xalqları və dövlətlərinin tarixi” (Ali məktəblər üçün dərs vəsaiti). Mingəçevir, 2023
  8. R.Manafov “Turandot, Çin şahzadəsi (Fridrix Şiller)”. “Elm və Təhsil” nəşriyyatı, Bakı, 2023
  9. D.Zeynalov, İ.M.Məmmədov, E.M.Aslanov, T.Ə.Quliyeva, A.R.Qədimova “Qədim dünya tarixi. III – hissə Antik Avropa (Qədim Roma)” (Ali məktəblər üçün dərs vəsaiti). Mingəçevir, 2023
  10. Babazadə “Əzizə Cəfərzadə nəsri: tarixi gerçəklik və bədii təsvir” (monoqrafiya). Bakı:Elm və Təhsil, 2024
  11. Yunusova, A.Babazadə, L.Abdullazadə “Azərbaycan dilində məcazların konseptual xarakteri” (metodik vəsait). Gəncə-Mingəçevir-2024
  12. N. İsmayılov, İ.M. Məmmədov, X.İ. Əsədova “Müasir dünya tarixi” (Ali məktəblər üçün dərs vəsaiti). Mingəçevir, 2024, -416 səh.
  13. H. Cəfərova, İ.M. Məmmədov, E.M. Aslanov, S.F. Abdullayeva, S.V.Mehdi,  Z.R. Əbilbəyli “Dünya siyasi tarixi” (Ali məktəblər üçün dərs vəsaiti). Mingəçevir, 2025, -453 səh.
  14. A.N.Hacıyev, Ü.Ə.Zeynalov, E.H.Cəfərova, E.M. Aslanov, İ.M.Məmmədov, Ş.R.Quliyeva, Z.R. Əbilbəyli “Multikulturalizmə giriş” (Ali məktəblər üçün dərs vəsaiti). II nəşr, yenidən işlənmiş və genişləndirilmiş nəşr. Mingəçevir, 2025, -526 səh.

Əlaqə

Tel: (024) 275-53-54

e_mail: kafedra_humanitar@mdu.edu.az