Kafedra bu təhsil ocağının fəaliyyət göstərdiyi 1991-ci ildən M.Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə zaman-zaman dəyişərək bu gündə gənc mütəxəssisləri yetişdirməkdədir.

1991-ci ildə “Fizika və Kimya” kafedrası adı ilə fəaliyyətə başlayan kafedraya k.e.n., dosent Aslanov Adil Davud oğlu rəhbərlik etmişdir.

1992-ci ildən isə yeni ixtisasların kafedraya daxil olması ilə əlaqədar “Fizika və Kimya” kafedrası və “Kimya və texnologiya” kafedralarına ayrılmışdır. “Fizika” kafedrasına f.r.e.d., professor Bədəlov Arif Zeynal oğlu, “Kimya və texnologiya” kafedrasına isə k.e.n., dosent Usubəliyev Bəybala Tacı oğlu rəhbərlik etmişdir.

İldən ilə yeni ixtisasların açılması ilə bağlı olaraq 1995-ci ildə kafedranın adı dəyişdirilərək “Fizika, elektronika və izolyasiya texnikası” kafedrası adlandırılmış, kafedra müdiri isə professor Bədəlov A.Z. təyin edilmişdir. Kafedra ümumi fənlərin tədrisindən əlavə ixtisas kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır. T120200 “Elektroizolyasiya, kabel və kondensator texnikası” ixtisasının tədris planı tərtib olunaraq, fənn proqramları hazırlanmışdır.

2002-ci ildən institut Respublikada təhsil inkişaf proqramına uyğun olaraq TEMPUS proqramı çərçivəsində “Azərbaycanda alı məktəblərdə müasir mühəndis təhsili” adlı layihəyə qoşulmuşdur. 2005-2006-cı tədris ilindən başlayaraq TEMPUS layihəsi çərçivəsində yeni ixtisas “Elektroenergetika” ixtisası açılmışdır. Bununla əlaqədar kafedra “Fizika, elektrotexnika və elektroenergetika” kaferdası adı altında fəaliyyətini davam etdirmişdir.

TEMPUS layihəsi çərçivəsində kafedranın 2 əməkdaşı – Arif Bədəlov və Əbdül Qasımov Almaniyada Köln Tətbiqi Elmlər Akademiyası və Hollandiyada Züyd Tətbiqi Elmlər Universitetində ixtisasartırma kursları keçmişlər.

Yeni  050649 Ekologiya mühəndisliyi ixtisasının açılması ilə əlaqədar olaraq kafedranın adı 2010-cu ildə “Fizika və ekologiya mühəndisliyi” kafedrası  olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, “Fizika və ekologiya mühəndisliyi” kafedrası yenidən formalaşaraq fəaliyyətini davam etdirir.2016 – cı ildən isə “Fizika və ekologiya ” kafedrası kimi fəaliyyətini davam etdirir.

Kafedranın müdiri f.r.f.d., dosent Yusibova Təranə Firqət qızıdır.

Kafedra bakalavriat təhsil səviyyəsi ilə yanaşı magistratura təhsil səviyyəsi üzrə də mütəxəssis hazırlayır.

Kafedrada 2016-2020-ci illər üçün “Fizika, kimya və ekologiyanın nəzəri və eksperimental tədqiqat məsələləri” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

İxtisaslar haqqında

Dövlət siyasətinin bir istiqaməti olan təmiz ekoloji gələcək və Davamlı İnkişaf Konsepsiyasını həyata keçirmək, müasir dövrdə sülh və təhlükəsizlik məsələsi ilə yanaşı ekoloji təhlükəsizliyin təmin edilməsi üçün Ekologiya mühəndisliyi və Ekologiya ixtisasına yiyələnmiş kadrların hazırlanmasına böyük ehtiyac var.

050649 Ekologiya mühəndisliyi ixtisası – texnika, ətraf mühit və sosial sfera arasında qarşılıqlı əlaqəni harmonizasiya edən, atmosfer, hidrosfer və litosfer çirklənmələrinin insan sağlamlığına mənfi təsirini nəzarətdə saxlamağı bilən, tullantısız texnologiyaların işlənib hazırlanmasını həyata keçirməyi bacaran, toksiki tullantıların canlılara, biosferə təsir xüsusiyyətlərini, biosferin təbii tarazlığının pozulmasına mane olmağa çalışan, təbiətə sahib olduğunu geri qaytarmağı bacaran, yüksək texnoloji inkişaf səviyyəsi vasitəsilə istənilən sahədə ekoloji ekspertiza və layihələndirməni bacaran və innovativ düşünmə qabiliyyətinə malik mütəxəssislər hazırlayır. Bu ixtisasa yiyələnmiş kadrlar aşağıdakı sahələri üzrə fəaliyyət göstərə bilərlər:

  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun regional bölmələri
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
  • Azərbaycan Resublikasının Müdafiə Nazirliyi
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM)
  • Azərsu Açıq Səhmdar Cəmiyyəti və Azərsu Holdinq Açıq Səhmdar Cəmiyyəti
  • Neft və kimya sənayesi şirkətləri
  • Dağ – mədən fəaliyyəti göstərən şirkətlər
  • Şəxsi şirkətlər (yerli və xarici şirkətlər)
  • Universitetlər və xüsusi təlim mərkəzləri
  • İnsan fəaliyyətinin bütün sahələri

050510 Ekologiya ixtisası – təbiətdən, təbii sərvətlərdən səmərəli istifadənin tənzimlənməsini və mühafizəsi yollarını bacaran, ətraf mühitin qorunması bölmələrində iqtisadi sektorların inkişafı üçün Dövlət Proqramlarının hazırlanmasında iştirak edə bilən, ətraf mühitə təsirin qiymətləndirilməsində və eko-auditdə iştirak edən, ətraf mühitin çirklənmə səviyyəsi barədə laboratoriya tədqiqatları apara bilən, beynəlxalq standartlara uyğunluğu baxımından dizayn və digər qiymətləndirmələrdə iştirak etməyi bacaran və innovativ düşünmə qabiliyyətinə malik mütəxəssislər hazırlayır. Bu ixtisasa yiyələnmiş kadrlar aşağıdakı sahələr üzrə fəaliyyət göstərə bilərlər:

  • Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun regional bölmələri
  • Elmi-Tədqiqat İnstitutları
  • Sənaye sahələri
  • Maddi və qeyri-maddi istehsal sahələri
  • Xüsusi mühafizə olunan təbiət əraziləri

Məkan kontekstindən yanaşsaq görərik ki, Mingəçevir şəhərinin əlverişli coğrafi mövqeyi ətraf bölgələrdən olan gənclərin məhz Mingəçevir Dövlət Universitetini seçməsinə müsbət təsir göstərir və nəticədə paytaxtımızda demoqrafik gərginliyin artmasının qarşısını alır, aşağı gəlirli ailələrin təhsil xərcinin azalmasına səbəb olur.

Tələbələrin öz bilik və bacarıqlarını praktikada tətbiq etmələri baxımından da Mingəçevir şəhəri əlverişlidir. Sənaye şəhəri olan Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeddi inzibati rayonunu əhatə edən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Cənubi Qafqazda ən böyük İstilik Elektrik Stansiyasının, respublikamızın ən böyük çayı Kür çayının və Mingəçevir Su Anbarının şəhərimizdə yerləşməsi, Sənaye Parklarının, xüsusi mühafizə olunan təbiət ərazilərinin, karxanaların mövcud olması ixtisas üzrə təhsil alan tələbələrimiz üçün təcrübə və tədqiqat obyekti olur və məzunlarımızın gələcəkdə işlə təmin olunmasına potensial imkan yaradır.

Bu baxımdan Ekologiya mühəndisliyi və Ekologiya ixtisası üzrə milli kadrların hazırlanmasının Mingəçevir Dövlət Universitetində həyata keçirilməsini daha məqsədəuyğun hesab etmək olar.

Kafedra müdiri

Əməkdaşlar

Tədris olunan fənlər

050649 Ekologiya mühəndisiyi ixtisası üzrə tədris olunan fənlər:

s/sBakalavriat səviyyəsi üzrə:
1Fizika
2Ümumi fizika
3Ekologiya mühəndisliyinə giriş
4Ətraf mühitin kimyası
5Radioekologiya
6Kimya texnologiyasının əsasları
7Analitik kimya
8Qeyri-üzvi kimya
9Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı
10Kimya
11Su ehtiyyatlarının kompleks istifadəsi və mühəfizəsi
12Çirkab suların təmizlənməsi
13Ətraf mühitə təsirin qiymətləndirilməsi
14Ekoloji nəzarətin üsul və vasitələri
15Hidrologiya
16Məsafədən zondlamanın fiziki əsasları
17Ekoloji ekspertiza və layihələndirmənin əsasları
18Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma
19Ümumi ekologiya
20Meliorasiya və rekultativ işin ekoloji əsasları
21Toksikologiyanın əsasları
22Ekologiya hüququ
23Ekoloji monitorinq
24Ətraf mühitin mühafizəsinin nəzəri əsasları
25Mühəndisi geodeziya
 Magistratura səviyyəsi üzrə:
1Ekoloji təhlükəsizlik
2Ekoloji menecment
3Ekologiya mühəndisliyinin tarixi və metodologiyası
4Ekologiya mühəndisliyinin müasir problemləri
5Sənaye tullantılarından ətraf mühitin təmizlənməsində fiziki üsulların tətbiqi
6Ətraf mühitin mühafizəsinin texnikası və texnologiyası
7Ekoloji proqnozlaşdırma
8Təbii mühit və təbii sərvətlərdən səmərəli istifadə
9Torpaq mühafizəsinin müasir problemləri
10Tətbiqi ekologiya
11Ekoloji informasiya sistemləri

050510 Ekologiya ixtisası üzrə tədris olunan fənlər:

s/sBakalavriat səviyyəsi üzrə:
1Fizika
2Ümumi və qeyri-üzvi kimya
3Analitik kimya
4Fiziki kimya / üzvi kimya
5Biologiya (canlı orqnizmlərdən enerjı)
6Heyvanlar aləmi
7İnsan biologiyası
8Torpaqşünaslıq
9Goğrafi ekologiyanın əsasları
10Ümumi ekologiya
11Biosferin ekolojı xüsusiyyətləri və mühafizəsi
12Ekolojı tədqiqat metodları
13İnsan, ətraf mühit və davamlı inkişaf
14Sənaye ekologiyası
15Landşaftşunaslıq və landşaftın ekologiyası
16Məişət ekologiyası
17Ekolojı kimya
18Ekologiya hüququ və təbiətdən istifadənin hüquqi əsasları
19Ekolojı təhlükəsizlik və risklər
20Ekolojı monitorinq
21Tətbiqi ekologiya
22Biomüxtəliflik və onun qorunması
23Meşəçilik və meşə ekologiyası

Laboratoriyalar

Ekologiya mühəndisliyi və Ekologiya ixtisasları üzrə fizika, ümumi kimya, qeyri-üzvi kimya, analitik kimya fənləri tədris edilir. Bu fənlərin tədrisində mühazirə, məşğələ  və laboratoriya dərsləri nəzərdə tutulmuşdur.

Fizika və ekologiya kafedrasında Fizika və Kimya laboratoriyaları var.

Fizika laboratoriyası

Kimya laboratoriyası

 

Konfranslar, seminarlar, dəyirmi masalar

Kafedranın elmi tematikasının istiqaməti üzrə  tələbələr il ərzində elmi işlərdə, elmi-nəzəri konfranslarda çox fəal iştirak ediblər.Tələbələrin bu istiqamətdə fəallıqlarını artırmaq üçün Ekologiya Dərnəyi yaradılmışdır. Dərnəyin iş planı  8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ilə razılaşdırılmış və Mühəndislik Fakültəsinin Elmi Şurasında təsdiq edilmlişdir. Ekologiya Dərnəyinin üzvləri hər ay “Ekoyazarlar” adlı divar qəzeti hazırlayırlar. Qəzetin nömrələrində tələbələr ekologiya sahəsi ilə bağlı olaraq müxtəlif məqalələrlə çıxış edirlər. Fakültədə keçirilən elmi-nəzəri konfransda kafedranın əməkdaşları aktiv iştirak ediblər. Kafedranın elmi işlərinin istiqamətində tələbələr və magistrantlar elmi-nəzəri konfranslarda iştirak ediblər.Bundan əlavə magistantlarımız digər ali  məktəblərin konfranslarında da  tezislərlə cıxış edibllər. Kafedramız  17 may 2019-cu il tarixdə “Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya” nın həyata keçirilməsinə həsr olunmuş elmi seminar kecirmişdir. Seminarda kafedranın müəllimləri cıxış etmişlər. Bundan sonra 17 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə Ekologiya ixtisasının tələbələri Təbiəti qoruyaq və sevək adlı “Ekologiya geçəsi “ kecirmişdir.

Pandemiya dövründə kafedramız aşağıdakı vebinarlarda iştirak edib:

Fizika və Ekologiya kafedrası iştirak etdiyi vebinarlar

s/nTəlim,konfransın adıTarixKeçirilmə yeri
1.Distant təhsildə tədrisin təşkili və metodiki təminatı

31.08.2020

04.09.2020

UNEC, Zoom platforması
2.MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı

26.12.2020

03.04.2021

GİZ,  Zoom platforması
3.İş dünyası və ali təhsildə trendlər07.04.2021

Təhsil İnstitutu,

Zoom platforması

4.Why future-proof business education also involves education on the UN SDGs01.01.2021

Təhsil İnstitutu,

Zoom platforması

5.İnformasiya, Elm, Texnologiya və Universitet perspektivləri” mövzusunda doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı18.12.2020LDU, Teams platforması
6.Yer kürəsi ümumi evimizdir22.04.2021MDU, Teams platforması
7.Magistrantların “Elm Günü”-nə həsr olunmuş III Elmi – Nəzəri konfrans29.03.2021MDU, Teams platforması
8.Web of Science14.15.16.07.2020Weber Metting

Layihələr

“Region Gənclərinin Kür macərası düşərgəsi” Layihəsi 2019-cu il Azərbaycan Gənclər Fondu (AzGF) 13-cü qrandının qalibi olmuşdur.Layihə ölkə üzrə ilk fərdi yazılmış “düşərgə tipli” layihədir. Layihə Kür ətraflı 5 rayonu (Gəncə, Yevlax, Mingəçevir, Ağdaş,Göyçay) əhatə edir. Layihənin önəmi adı çəkilən bölgələrdəki gənclərin aktivliyini artırmaq və eyni zamanda onları Kür hövzəsinin nadir flora və faunası ilə, həmdə bu bölgə üçün ənənəvi idman növü sayılan “Avarçəkmə” su idman növü ilə tanış etməkdən ibarət olmuşdur. Layihə 5 rayondan 20 gəncin ümumilikdə 30 nəfərlik idarə heyyəti ilə baş tutacaqdır (Pandemiya şəraiti ilə əlaqədar gözləməyə qərar alınmışdır). Layihənin həyata keçirilməsi üçün Azərbaycan Gənclər Fondu tərəfindən 3000 manat bücə ayrılmışdır.

“Region Gənclərinin Kür macərası düşərgəsi” Layihəsinin rəhbəri Fizika və ekologiya kafedrasının gənc müəllimi Gülmirə Məmmədovadır. O, Kür hövzəsinin tanıdılması, oradakı nadir flora və faunasının öyrədilməsi məqsədilə üçün  ilk dəfə düşərgə tipli layihə yazaraq Azərbaycan Gənclər Fondu 13-cü Qrandın qalibi olmuşdur. Layihədə iştirak üçün yuxarıda adı çəkilən 5 regiondan biri olan Mingəçevir şəhərin Mingəçevir Dövlət Universitetinin Ekologiya və Ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr seçilmişdir.

Xəbərlər

MDU-da elmi-praktik seminar: Su ehtiyatlarının davamlı idarə olunması

MDU-da elmi-praktik seminar: Su ehtiyatlarının davamlı idarə olunması

25 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə "Su ehtiyatlarının davamlı idarə olunması"

Mingəçevir Dövlət Universitetində baş müəllim Vüqar Sarıyevin 55 illik yubileyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində baş müəllim Vüqar Sarıyevin 55 illik yubileyi qeyd olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Fizika və ekologiya kafedrasının baş müəllimi Vüqar Sarıyevin 55 illik yubileyi

Mingəçevir Dövlət Universitetibdə “22 May – Biomüxtəliflik Günü”nə həsr olunmuş elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetibdə “22 May – Biomüxtəliflik Günü”nə həsr olunmuş elmi-praktik seminar keçirilib

23 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində

Mingəçevir Dövlət Universitetində “Təbiət elmlərinə tələbə baxışı” mövzusunda elmi-praktik seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Təbiət elmlərinə tələbə baxışı” mövzusunda elmi-praktik seminar keçirilib

22 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Fizik” və “Gənc

Elmi nəşrlər

  1. Aşurov İ.T., Əliyev N.C., Mustafayev F.M., Aşurova Ü.İ. İES-in hava hövzəsinin zərərli qazlarla çirklənməsinin və istilik elektrik stansiyasının tüstü borusunun hündürlüyünün seçilməsi. Metodik göstəriş. 1999, 20 səh.
  2. Hüseynov T.Ə. “İstilik texnikasının əsaslarından laboratoriya işlərinə rəhbərlik”. Metodik vəsait. Bakı, 2004, 37 səh.
  3. İsayev H.İ., Eyyubova K.S., Zeynalova S.C. İstilik texnikasının nəzəri əsaslarından suallar və cavablar. Metodik vəsait. Bakı, 2007, 91 səh.
  4. İsayev H.İ., Tağıyeva Z.N., Eyyubova K.S. İstilikkeçirmə. Dərs vəsaiti. Bakı, 2008, 75 səh.
  5. Hüseynov T.Ə., Eyyubova K.S. Konvektiv istilik mübadiləsi və aqreqat halı dəyişdikdə istilikvermə. Dərs vəsaiti. Bakı, 2009, 95 səh.
  6. Əfəndiyev M.L. Yanacaqlar və yanma nəzəriyyəsi. Dərs vəsaiti. Bakı, 2014.

Kafedranın əməkdaşları tərəfindən son bir ildə 6 elmi məqalə (3-ü xaricdə) və 8 tezis (2-si xaricdə) çap olunub.

Kafdera əməkdaşlarından Ü.Aşurova, K.Eyyubova, S.Şıxəliyeva, L.Süleymanova, G.Qocayeva, A.Şəfiyeva, Scholar.google və Scopus axtarış bazalarında (saytlarında) qeydiyyatdan keçiblər.

Clarivate Analytics şirkətinin onlayn seminarlarında kafedranın müəllimləri fəal iştirak edirlər və 30-a yaxın sertifikat alıblar.

15 aprel 2021-ci il tarixdə kafedranın müəllimi Səadət Şıxəliyevanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3340.01-“Elektrotexniki sistemlər və komplekslər” ixtisası üzrə keçirilən elmi seminarda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tənzim olunan asinxron mühərrikin konstruksiyasının işlənməsi və tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi olub.

16 aprel 2021-ci il tarixdə kafedranın müəllimi Liliya Süleymanovanın Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Polimer dielektriklərdə struktur dəyişmələrinə müvafiq elektrofiziki xüsusiyyətlərin fərqlənməsinin fiziki anlayışları” mövzusunda dissertasiya işinin müzakirəsi olub.

Kafedrada tələbələrin elmi-yaradıcılıq işlərinə cəlb olunmasına xüsusi diqqət yetirilir. Mütəmadi olaraq tələbələr Tələbə Elmi Cəmiyyətinin konfranslarında məruzələrlə çıxış edirlər. 28 noyabr 2020-ci il tarixdə “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə İE17 saylı qrup tələbəsi Babayeva Salatın TEC-in elmi konfransında “Üzən atom elektrik stansiyaları” (rəhbər S.Şıxəliyeva) və 30 mart 2021-ci il tarixdə “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə İE18 saylı qrup tələbəsi İsgəndərova Alyona “Elm Günü”nə və Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş konfransda “Qeyri-səlis məntiqin enerji sənayesində tətbiqinə ümumi baxış” adlı məruzə ilə çıxış edib (rəhbər dos. Ü.Aşurova).

Əlaqə