Elm və innovasiyalar şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri
Əməkdaşlar
Xəbərlər
MDU-da gənclərin sağlam həyat tərzinə təşviqinə həsr olunan elmi-praktik seminar keçirilib
2025-ci ilin 14 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Konstitusiya və Suverenlik ili çərçivəsində “Gənclər arasında narkomaniyaya qarşı təbliğat və
MDU-da “Tələbədən investora: Kapital bazarlarına baxış” mövzusunda elmi-praktik seminar keçirilib
2025-ci ilin 9 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Tələbədən investora: Kapital bazarlarına baxış”
MDU-da korrupsiyaya qarşı mübarizəyə aid elmi-praktiki seminar keçirilib
2025-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində
Mingəçevir Dövlət Universitetində kapital bazarı ilə bağlı təqdimat keçirilib
24 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanda kapital bazarı: reallıqlar və
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az

