Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi
Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 23.12.2021-ci il tarixli, 31 nömrəli qərarı və MDU-nun rektorunun 24.12.2021-ci il tarixli, 314 nömrəli əmri ilə yaradılmışdır.
Mərkəz MDU-da elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi məhsullarının dərc edilməsi, onların mübadiləsi və reallaşdırılması, innovativ xarakterli elmi fəaliyyətə, habelə təhsil, texnologiya, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi istiqamətlərində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur bölmədir.
Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən MDU-nun strukturuna daxil olan qurumlarla, həmçinin dövlət və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- MDU-ya məxsus rəsmi elmi nəşrlərin mütəmadi dərc edilməsi məqsədilə elmi fəaliyyətin nəticələrinin öyrənilməsi və sistemləşdirilməsi;
- Perspektiv vəd edən elmi fəaliyyətin nəticə və məhsullarının mübadiləsi və reallaşdırılması imkanlarının proqnozlaşdırılması və idarə olunması;
- Elmi, elmi-texniki fəaliyyətə, habelə təhsil, texnologiya, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək mexanizmlərinin işlənib hazırlanması və bu mexanizmlərin işləkliyinin təmin edilməsi;
- Regionlarda innovativ xarakterli elmi fəaliyyətin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi və digər tədbirlərin görülməsi.
Mərkəzin direktoru

Məmmədov Asim
Şəfayət oğlu
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent