44 günlük Vətən müharibəsi

2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.

Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.

Vətən Müharibəsi dövründə Mingəçevir Dövlət Universitetinin (MDU) tələbə, məzun və əməkdaşları da həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak etmiş, 5 məzunu isə şəhidlik zirvəsinə ucalmışdır. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif edilmişdir.

Elmi Şuranın müvafiq qərarları ilə MDU-nun hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min, “YAŞAT” Fonduna isə 10 min manat vəsait köçürülmüşdür.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları və müharibədən zərər çəkənlərlə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərində MDU fəal təmsil olunmuşdur.

Xəbərlər

Mingəçevir şəhərində 27 Sentyabr – Anım Günü qeyd edilir

Mingəçevir şəhərində 27 Sentyabr – Anım Günü qeyd edilir

27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət edilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə

Mingəçevir Dövlət Universitetində 27 sentyabr – Anım Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində 27 sentyabr – Anım Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

2025-ci ilin 26 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Anım Gününə həsr edilmiş ədəbi-bədii tədbir

MDU-nun Mühəndislik fakültəsində Anım Günü münasibətilə dəyirmi masa təşkil edilib

MDU-nun Mühəndislik fakültəsində Anım Günü münasibətilə dəyirmi masa təşkil edilib

2025-ci il 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Anım Günü”nə

Vətən müharibəsi iştirakçısı olan MDU əməkdaşlarının tələbələrlə görüşü keçirilib

Vətən müharibəsi iştirakçısı olan MDU əməkdaşlarının tələbələrlə görüşü keçirilib

24 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatıçılığı ilə