Müasir təhsil,
uğurlu gələcək
Müasir təhsil. Doğru seçim. Uğurlu karyera
Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib.
MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilməyə, regional inkişafa töhfə verməyə və paytaxt səviyyəli ali təhsil müəssisəsi statusuna nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.
Son xəbərlər
Mingəçevir Dövlət Universitetinin tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən yüksək nəticə ilə məzun olub
2026-cı ilin 9 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı tədris dalğası
Mingəçevir Dövlət Universitetində “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq təlimə start verilib
2026-cı ilin 9 fevral tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə növbəti iclası keçirilib
2026-cı ilin 6 fevral tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə növbəti və geniştərkibli iclası keçirilib. İclasda
MDU-da Layihə planlaması” mövzusunda təlim
9 fevral saat 15:00-da təlim keçiriləcək.Mövzu: "Layihə planlaması”.Təlimçi: Rasim Həşimov (İqtisadiyyat kafedrasının müəllimi)Təlimdə:✅ Layihə nədir?✅ Layihə strukturunun hazırlanması;✅ Tədqiqat layihələrinin
elmi konfranslar
Mingəçevir Dövlət Universitetində keçirilən konfranslarda təhsil, tədris və tədqiqat sahəsində innovasiyaların tətbiqi, keyfiyyətli təhsilə bərabər çıxış imkanları, universitet – sənaye əməkdaşlığı, texnoloji inkişaf, pedaqoji və psixoloji aspektlər, süni intellekt və onun tətbiqləri, kibertəhlükəsizlik, milli və beynəlxalq təcrübənin inteqrasiyası və digər mövzularda müzakirələr aparılır.
Kampus

Mingəçevir Dövlət Universitetinin yeni kampusu hazırda inşa edilir və Mingəçevir şəhərinin 7 hektarlıq sahəsində yerləşir. Kampus, gənc nəslin tələblərinə uyğun müasir təhsil və sosial həyat imkanları təqdim edəcək. Kampusun ümumi tələbə tutumu 10 min nəfər olacaq. İçərisində tələbələr üçün yataqxana, hotel binası, müasir kitabxana, konfrans zalı, açıq və qapalı idman ərazisi, biznes inkibasiya mərkəzi, sosial fəaliyyətlər üçün ərazi və yaşıllıq zonası olacaq. Bu kampus, universitetin təhsil keyfiyyətini artırmaq və Mingəçevirin təhsil sektorunun inkişafını təmin etmək məqsədini güdür. Kampus, tələbələrə yüksək səviyyədə təhsil alaraq şəxsi inkişaflarını davam etdirmək üçün mükəmməl şərait yaradacaq.

Mingəçevir Dövlət Universitetinin yeni kampusu hazırda inşa edilir və Mingəçevir şəhərinin 7 hektarlıq sahəsində yerləşir. Kampus, gənc nəslin tələblərinə uyğun müasir təhsil və sosial həyat imkanları təqdim edəcək. Kampusun ümumi tələbə tutumu 10 min nəfər olacaq. İçərisində tələbələr üçün yataqxana, hotel binası, müasir kitabxana, konfrans zalı, açıq və qapalı idman ərazisi, biznes inkibasiya mərkəzi, sosial fəaliyyətlər üçün ərazi və yaşıllıq zonası olacaq. Bu kampus, universitetin təhsil keyfiyyətini artırmaq və Mingəçevirin təhsil sektorunun inkişafını təmin etmək məqsədini güdür. Kampus, tələbələrə yüksək səviyyədə təhsil alaraq şəxsi inkişaflarını davam etdirmək üçün mükəmməl şərait yaradacaq.
MDU beynəlxalq reytinqlərdə
UI GreenMetric World
UniversityRankings 2025
Higher Education Ranking
Keçiriləcək tədbirlər
“Təhsildə keyfiyyət, dayanıqlılıq və innovasiya forumu-2026″
13 Fevral 2026
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi
“Davamlı inkişaf Strategiyası”
konfransı 2025
6-8 Dekabr 2025
D.Əliyeva küçəsi, 21 Mingəçevir
Faydalı keçidlər
Gələcəyin doğru ünvanı
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.


